DÜZLÜK

is.
1. Düz, düzəngah, düzənlik, düzən; quru çöl. Dərə-təpədən düzlüyə çıxdıq.
[Araz Şeydaya:] Sən məni hara çəkirsən? Sizin bu mədənlərdə düzlükdən başqa bir şey var? A.Şaiq.

2. Doğruluq, vicdanlılıq, sədaqət, namusluluq, təmizlik, namuskarlıq. Bərəkət ondur, onu da düzlük. ( Ata. sözü ).
Gənclik həmişə yüksək və təmiz xəyalların, düzlük və sədaqətin mücəssəməsidir. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜZLÜK doğruluq — vicdanlılıq — sədaqət — namusluluq — təmizlik — namuskarlıq
  • DÜZLÜK 1. DÜZLÜK Düzlük xoşbəxtliyin açarıdır (Ata. sözü); DOĞRULUQ Doğruluqla dost qapısın dolan, gəl öz evindir (Ata

Antonimlər (əks mənalı sözlər)

  • DÜZLÜK DÜZLÜK – ƏLİƏYRİLİK Gənclik həmişə yüksək və təmiz xəyalların, düzlük və sədaqətin mücəssəməsidir (M
DÜZLƏŞMƏK
DÜZMƏ

Digər lüğətlərdə