// Zərf mənasında.
Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq!
□ Dərbədər düşmək (olmaq) – qapı-qapı gəzmək, evsiz-eşiksiz qalmaq, yerindən-yurdundan olmaq.
[Vəzir:] İndi vəzarəti hər kəsə ki layiq görürsən, ona ver, mən başımı götürüb bu vilayətdən dərbədər olacağam.
Dilənmək qəsdilə düşüb dərbədər; Gəzərkən bir evdə pakizə düxtər.
Dərbədər düşsün! (olsun!) – qarğış ifadəsi.
[Balakişi:] Ay sizi bizim başımıza çıxardanlar dərbədər düşsünlər!
[Xırdaxanım:] Dərbədər olsun, məni bu evə düçar eyləyən!
Dərbədər etmək – 1) bax dərbədər qoymaq.
Çərxi-kəcrəftar eylədi vətəndən dərbədər məni.
Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub, dərbədər etdin məni sən. ;
2) dağıtmaq, darmadağın etmək.
Aradan keçdi illər; Çarın söndü çırağı; Tarix etdi dərbədər; O qanlı təmtərağı.
Sən ölməklə bitməyəcək məsələ; Qoşunların dərbədər olsun gərək.
Dərbədər qoymaq (salmaq) – avara salmaq, qapılara düşməsinə səbəb olmaq, evsiz-eşiksiz qoymaq, yurd-yuvasından ayrı salmaq.
Xanimanımdan məni saldı, Nəbati, dərbədər; Əqlə bax, Məcnun kimi biganələrdən küsmüşəm.
Şikəstə Zakirin varı var idi; Xalq içində etibarı var idi; Əbəsəbəs saldı dərbədər, gözəl.