1. Yazılı, çap olunmuş bildiriş, xəbər, məlumat. Qəzet elanı. Divara elan vurmaq. Dərslərin başlanması haqqında elan.
□ Elan etmək – 1) hamının eşidəcəyi tərzdə xəbər vermək, məlumat vermək, bildirmək. İclası açıq elan etmək. Müharibə elan etmək (müharibə başladığını bildirmək).
// Mətbuat vasitəsilə bildirmək. İanə verənləri mətbuat səhifələrində adbaad elan etmək çətin idi. Mir Cəlal;
2) açmaq, izhar etmək, bildirmək.
Elan vermək – 1) məlumat vermək, xəbərdar etmək, bildirmək. Gəldiyev elan verib, sabaha büro iclası çağırdı. Mir Cəlal;
2) qəzet və ya mətbuat vasitəsilə bildirmək, xəbər vermək. Müşavirə haqqında qəzetdə elan vermək.
Elani-eşq (elani-məhəbbət) etmək – eşq və məhəbbətini bildirmək, sevgisini elan etmək.
2. köhn. Rəsmi bildiriş vərəqəsi.