ENSEFALİ́T

[ yun. ] tib. Beynin iltihabı.
ENMƏK
ENSİKLOPEDİ́K
OBASTAN VİKİ
Ensefalit
Ensefalit (yun. enkephalos- beyin)– baş beyinin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlik qrupu. Ensefalit spesifik törədicilərin (süzülən virusların bir neçə tipi) bilavasitə beyin toxumasına keçməsindən, bəzi infeksion xəstəliklərdən (qrip, yatalaq, qızılca, skarlatina, suçiçəyi, revmatizm, quduzluq və s.) kəskin və xroniki intoksikasiyadan (qidadan zəhərlənmələr və s.) törəyir. Ensefalit çox zaman təbii mənbə xəstəliyi olub, müəyyən coğrafi landşaftlarda (əsasən tayqa meşələri zonası) yayılır. Onun üçün mövsümi xarakter daşıyıb infeksiya daşıyıcılarının (gənə, ağcaqanad) aktivliyi ilə əlaqədardır. Gənə ensefalitinin mənbəyi bəzi gəmiricilər, iri mal-qara, keçilər, bəzi quş növləri sayılır. Xəstəliyin yayıcıları çox vaxt otlaq gənələri olur. İnfeksion xəstəliklərin təsnifatının ən rasional prinsipi onların səbəblərinə görə təsnifatdır (etioloji amillərə). Ensefalitlərin səbəbi hələlik müəyyən edilmədiyindən, ensefalitlərin təsnifatı zamanı xəstəliyin gedişatının xüsusiyyətləri də istifadə olunur (patogenetik amil). Bu prinsiplərə əsaslanaraq, ensefalitlər əsas və ikincil, virus və mikrob, yoluxucu-allergik, allergik və zəhərli olanlara bölünür.

Digər lüğətlərdə