ERKƏN

zərf.
1. Səhər tezdən, sübhdən, ertə. Erkən yola düşmək. Erkən durmaq.
– Qara … hər səhər erkən evə gəlib qarıya baş çəkərdi. Ə.Əbülhəsən.
Maya yuxudan erkən qalxdı. M.İbrahimov.
[Kamil] səhər erkən, hamıdan tez durar, … əlüzyuyana su töküb buğlana-buğlana əl-üzünü yuyar, məktəbə gedərdi. M.Rzaquluzadə.

2. Vaxtından əvvəl, tez.
Hacı yenə evə erkən qayıtmışdı. A.Şaiq.
Gülpəri erkən gedib mənzilə çatmaq üçün faytonları qovdururdu. S.S.Axundov.
Mən o sevdalı qızın; O qanadlı ulduzun; Hər halını sevərkən; Bu bəlaya lap erkən; Düşməyimi bilməzdim. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ERKƏN tezdən — sübhdən — ertə
ERKƏKLİK
ERQ

Digər lüğətlərdə