EZAM

is. [ ər. ] Xidməti və ya başqa bir iş üçün bir yerdən başqa yerə göndər(il)mə, yolla(n)ma.
Katib uşağın adını yazdı, ona kağız verib maarif komissarlığına, qəbul və ezam komisyonuna göndərdi. Mir Cəlal.
Bu zaman Bəhram müxtəlif kitablarla dolu çamadanını təşkilat şöbəsinin pəncərəsinə qoyub, ezam vərəqəsini şöbə müdirinə təqdim etdi. Ə.Vəliyev.

□ Ezam edilmək (olunmaq) – müəyyən bir iş və ya tapşırıqla əlaqədar olaraq bir yerə göndərilmək, yollanmaq.
Ümumiyyətlə, Nemətullayev ezam olunmağı çox xoşlar, rayona mal yeritməklə məşğul olar və bununla da özünü ticarəti bilən, nadir bir adam kimi gözə verərdi. S.Rəhimov.

Ezam etmək – müəyyən bir iş və ya tapşırıqla əlaqədar olaraq bir yerə göndərmək, yollamaq.
Yunis öyrəndi ki, Moskva məktəblərinə ezam edən xüsusi komisyon var. Mir Cəlal.

EYZƏN
EZAMİYYƏ
OBASTAN VİKİ
Əbədi ezamiyyət (film, 2016)
Əbədi ezamiyyət — 2016-cı ildə çəkilmiş Azərbaycan filmi. Rejissorlar Vüqar İslamzadə və Fariz Əhmədovun birgə çəkdiyi sənədli-bədii film. Film AXC xadimlərinin fəaliyyətinə həsr olunmuşdur. Film 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib. "Əbədi ezamiyyət" filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb. “Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur. Təqdimat mərasimində bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür bildirilib.

Digər lüğətlərdə