Fətəli xan (Şəki xanı)
Fətəli xan — Şəki xanı. Məhəmmədhüseyn xanın ikinci oğlu. "Möhnəti" təxəllüsü ilə şeirlər də yazıb.
== Haqqında ==
1780-cı ilin avqust ayında atası Məhəmmədhüseyn xan öz iqamətgahı Nuxa qalasında ikən, qala qəfildən Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin adamları tərəfindən tutulur. Məhəmmədhüseyn xan özü tikdirdiyi Qurğuşunlu otaqda oğlu Fətəli ağa ilə birlikdə basqınçılara müqavimət göstərir,
"yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür.".
Məhəmmədhüseyn xan silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin əlinə keçir. Bir neçə il sonra Məhəmmədhüseyn xanın əvvəllər ölmüş hesab edilən oğlu Məmmədhəsən ağa Qarabağda peyda olur. O, özünə qoşun toplayıb, tezliklə Şəkini ələ keçirir, Hacı Əbdülqadir xanı tutub öldürtdürür və Şəki xanı olur.
Məhəmmədhəsən xanın qardaşı Fətəli xanın oğlu Kərim ağa Şəkixanov yazır ki,
"Məhəmmədhəsən xan bir iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan Məhəmmədhəsən xanın qardaşıdır, onun anası Ərəş sultanının qızıdır.