HAÇAQ

bax havaxt.
Haçaq yola düşürsən? Qatar haçaq gəlir? – Əlimdən bıçaq düşdü; Bilmədim haçaq düşdü; Viran qalsın qəriblik; Yar məndən qaçaq düşdü. (Bayatı).

HAÇADİLLİ
HAÇAQUYRUQ
OBASTAN VİKİ
Bozqır haçaquyruğu
Bozqır haçaquyruğu (lat. Glareola nordmanni) — fəsiləsinin Haçaquyruq cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən kritik vəziyyətdədir. == Genofond əhəmiyyəti == Azərbaycanda cinsin 2 növündən biridir. == Qısa təsviri == Quyruğunun haçası çəmənlik haçaquyruğuna nisbətən dərindir. Ümumi rəngi tünddür. Qanadlarının altı qaradır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb.
Haçaqaya
Haçaqaya — Azərbaycan Respublikasının Göygöl rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı Haçaqaya dağının adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 361 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == === Görkəmli şəxsləri === Elşad Məmmədov (1975–1995) — Azərbaycanın Milli Qəhrəmanı.
Haçaqaya nekropolu
Haçaqaya nekropolu — Ordubad rayonunun Tivi kəndində, eyniadlı yaşayış yerinin yaxınlığında, təpə üzərində, qumluq ərazidə yerləşir. Sahəsi 1,5 ha yaxındır. Nekropolun ərazisi cənubdan yaşayış yeri, şimaldan və şərqdən dərə ilə əhatə olunmuşdur. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Yaşayış yerindən tunc, antik və orta əsrlərə aid xeyli arxeoloji materialların əldə edilməsi orada insanların həmin dövrdə müntəzəm yaşadığını göstərir.
Haçaqaya yaşayış yeri
Haçaqaya yaşayış yeri — Tivi kəndinin cənub-qərbində, Gilançayın sol sahilində, eyni adlı dağın üzərində yerləşir. Yaşayış yerinə qalxarkən yol boyu qayaaltı sığınaqlara rast gəl-mək olur. Sahəsi 4 hektardan artıqdır. Abidə şimaldan və cənubdan qayalıq, şərqdən və qərbdən yarğanla əhatə olunmuşdur. Onun yerləşdiyi ərazi zəngin otlaq sahəsinə malikdir. Yaşayış yerinin yaxınlığında təbii bulağın olması orada insanların məskunlaşmasına şərait yaradan əsas amillərdən birini təşkil etmişdir.Yaşayış yeri əlverişli strateji mövqedə yerləşir. Oradan Gilançay vadisinin bir hissəsinə nəzarət etmək mümkündür.
Haçaquyruq
Haçaquyruq (lat. Glareola) — Haçaquyruqlar (Glareolidae) fəsiləsinə aid quş cinsi. Cinsə daxil ola quşlar orta ölçüyə malik olurlar. Распространены в пустынях, степях и полупустынях Afrika, Asiya, Avropa, Avstraliyanın səhra, yarımsəhra və çöllərində yayılmışlar.
Haçaquyruqlar
Haçaquyruqlar (lat. Glareolidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi. Orta ölçülü quşlardır. Dimdiyi qısa, gözün ön kənarına qədər olan ağız yarığı mavi rəngdə olur. Afrika, Avropa, Avstraliyanın səhra, çöl və yarımsəhralarında yayılıb.
Çəmənlik haçaquyruğu
Çəmənlik haçaquyruğu (lat. Glareola pratincola) — Haçaquyruqlar (Glareolidae) fəsiləsinə aid quş növü. == Görünüşü == Çəmənlik haçaquyruğu 22–25 sm uzunluğa, 60–95 q çəkiyə sahib olur. Uşuşları qaranquşların uşuçlarına bənzəyir. Qanadları uclu, qismən qəhvəyi rəngdədir. Cəld hərəkət etmə qabiliyyətinə sahibdirlər, boyun və başlarını ilə kəskin hərəkətlər edərək sürətlə hərəkət edirlər. Bədənlərinin arxa hissəsi yellənməsi ilə xarakterikdir. == Yayılması == Afrikadan tutmuş Asiyaya qədər ki ərazidə yayılmışdır. Əsasən bataqlıqlarda və ya su tutarları yayınlığında, nadir torpaq bitkiləri olan çöllərdə yayılmışlar. == Çoxalması == Çəmənlik haçaquyruqları dəstələr şəkilində yuvalayırlar.
Haçaqaya(dağ)
Haçaqaya dağı — Tovuz rayonunda yerləşən, 2200 metr yüksəkliyində olan ziyarətgah. == Ümumi məlumat == Tovuzla Gədəbəy arasında yerləşən Haçaqayaya Xınna dərəsindən qalxan yol Köç yolu ilə çox sərt yamacdan keçir. İnzibati olaraq Tovuz rayonunun Qəribli kəndi ərazisində yerləşir. Qaya tam olaraq Qəriblinin yuxarı yaylaq ərazisində yerləşir. Dağın bir üzü Qəribli kəndi, o biri üzü Almalıtala kəndidir. İkisidə Tovuza məxsus kəndlərdir. Lakin bura Tovuz rayonunun Sarıtala kəndindən rahat yolla getmək mümkündür. Bura Sarıtala kəndindən 7-8 km uzaqlıqdadır. Həmçinin bura Gədəbəy ərazisindən keçərək getmək mümkündür. Yol boyu bulaq suları, möhtəşəm dağ mənzərəsinin müşayiət etdiyi bu yer Qərb zonasının ən böyük ziyarətgahıdır.
Haçaqaya dağı
Haçaqaya dağı — Tovuz rayonunda yerləşən, 2200 metr yüksəkliyində olan ziyarətgah. == Ümumi məlumat == Tovuzla Gədəbəy arasında yerləşən Haçaqayaya Xınna dərəsindən qalxan yol Köç yolu ilə çox sərt yamacdan keçir. İnzibati olaraq Tovuz rayonunun Qəribli kəndi ərazisində yerləşir. Qaya tam olaraq Qəriblinin yuxarı yaylaq ərazisində yerləşir. Dağın bir üzü Qəribli kəndi, o biri üzü Almalıtala kəndidir. İkisidə Tovuza məxsus kəndlərdir. Lakin bura Tovuz rayonunun Sarıtala kəndindən rahat yolla getmək mümkündür. Bura Sarıtala kəndindən 7-8 km uzaqlıqdadır. Həmçinin bura Gədəbəy ərazisindən keçərək getmək mümkündür. Yol boyu bulaq suları, möhtəşəm dağ mənzərəsinin müşayiət etdiyi bu yer Qərb zonasının ən böyük ziyarətgahıdır.

Digər lüğətlərdə