HID

hide felinin ptpp formaları

HICK
HIDDEN
OBASTAN VİKİ
Elnur Hidayətoğlu
Elnur Hidayətoğlu — televiziya müxbiri. == Həyatı == 1983-cü ildə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Hazırda APA TV-də çalışır.
Göllərin hidromorf torpaqları
Göllərin hidromorf torpaqları — şoran, şorakət və solod torpaq tipi. Qazaxıstanda, Rusiyanın Aşağı Volqaboyu bölgəsində, Mərkəzi Asiyada, Şimali Amerikada ABŞ və Kanadada, Azərbaycanda Kür-Araz ovalığı ərazilərində yayılmışdır. == Növləri == Şoranlaşmış torpaqların formalaşması duzların qrunt sularında və süxurlarda toplanması və onların torpaqda akkumlyasiyasına təsir göstərən şərait ilə əlaqədardır. Bu duzlar torpaq qatında toplaşanda torpaqlar şorlaşır. Bir sıra vulkanizm rayonlarında püskürmə məhsullarının səthə çixması şoranlığın yaranmasına səbəb olur. Aerob şəraitdə bitkilər kök sistemi vasitəsilə alt qatlarda olan duzları su ilə birlikdə səthə çıxır. Küləklər də torpaqların şoranlaşmasına sürətləndirici təsir göstərməklə, şoranlaşmanın arealını genişləndirir. Bu prosesə impulsverizasiya, yəni duzların külək vasitəsilə yayılması deyilir. Rütubətli iqlim şəraitində torpaqlar profil boyu sularla yuyulur və həll olan duzlar torpaq profilindən çıxarılır. Əksinə, quraq ərazilərdə duzlar dərin qatlardan üst qatlara çıxır.
Hacı Əliqulu xan Hidayət
Hacı Əliqulu xan Mirzə Rzaqulu xan oğlu Hidayət və ya Müxbirəddövlə (1829, Şiraz – 1897, Tehran) — İranın Poçt və Teleqtaf naziri. == Həyatı == Hacı Əliqulu xan Mirzə Rzaqulu xan oğlu 1829-cu yldə Tehran şəhərində anadan olmuşdu. Təhsilini atasından almışdı. Qacarlar dövlətində Poçt və Teleqtaf naziri olmuşdu.
Hida (şəhər)
Hida (飛騨市, Hida-shi) — Yaponiyanın Gifu prefekturasının şimalında yerləşən şəhər. Şəhər adının qədim Hida vilayətindən almışdır. Hida şəhəri Hida vilayətinin mərkəzi idi. Şəhərin kandzi yazılışı 飛驒 şəklindədir və amma şəhər adının yazılışında qədim 騨 simvolundan istifadə olunur. 驒 simvolu rəsmi siyahıda göstərilmədiyindən, şəhərdən xaricdə 騨 simvolundan istifadə olunur. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 24.774 nəfərdir, hər km² ərazidə 31 nəfər yaşayır. Şəhərin sahəsi 792,31 km²-dir. == Tarix == Müasir Hida şəhəri 1 fevral 2004-cü ildə Furukava və Kamioka şəhərlərinin, Kavai və Miyaqava qəsəbələrinin (hamısı keçmiş Yosiki qəzasının tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaradılmışdır. == Coğrafiya == Hida şəhəri Hida yaylasının şimalında yerləşir. Şəhər coğrafi nəzərdən iki bölgəyə ayrılır: şərq və qərb.
Hidalgoa
Hidalgoa (lat. Hidalgoa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Hidayət
Hidayət Xuduş oğlu Orucov (5 sentyabr 1944, Maralzəmi, Meğri rayonu) — Azərbaycan dövlət xadimi, diplomat və şair-dramaturq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991), Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006–2012), Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993–2005), Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri (1992–1993), İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (1968–1984). == Həyatı == Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycan Meğri rayonunun Maralzəmi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir. Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur. Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir. 1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini (mart 1984 — mart 1986), sonra baş redaktoru (1986–1992-ci illər) vəzifələrində işləmişdir.
Hidayət (soy)
Hidayətlər — İranın tanınmış soylarından biri. == Soyun yaranması == Bu soy Mazandaran vilayətində yaranıb. Soyun ilk patronu Məhəmmədismayıl bəy Mazandarani (?-1779) Sari şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Məhəmməd Kamal kimi tanınırdı. Məhəmmədhəsən xan Qovanlı-Qacarın yanında baş aşpaz kimi çalışmışdı. Kərim xan Zəndə qarşı qacarlar tərəfindən vuruşmuşdu. Zəki xan Zəndin döyüşçüləri tərəfindən öldürülmüşdü. Məhəmməd İsmayıl bəyin Məhəmmədhadi xan (?-1803) adlı oğlu vardı.
Hidayət Heydərov
Hidayət Minayət oğlu Heydərov (27 iyul 1997 , Göyçay Alxasava) — 73 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı cüdoçu. Cüdo üzrə Azərbaycan milli komandasının üzvü. 73 kq çəki dərəcəsində Olimpiya, dünya və dördqat Avropa çempionu. == Həyatı == Hidayət Heydərov 27 iyul 1997-ci ildə Göyçay rayonu Alxasava kəndində anadan olub. Hidayət 3 yaşında olarkən ailəsi Bakıya köçüb. Atası Hidayət 6 yaşında olarkən, dostlarının da məsləhətilə onu Neftçilər metrostansiyasının yaxınlığına yerləşən cüdo məktəbinə yazdırır. Atası bu yolla oğlunun daha dayanıqlı olmasını, hücumlardan özünü qorumasını istəyirdi. Hidayətin ilk müəllimi Tərlan Həsənov olub. O, hələ də ilk məşqçisiylə çalışır. Millidə məşqçisi isə Mehman Əzizovdur.
Hidrostatik
Hidrostatik təzyiq
Hidrostatik təzyiq - sükunətdəki mayenin olduğu qabın dibinə və divarlarına göstərdiyi təzyiqə deyilir. Hidrostatik təzyiq mayenin sıxlığı və maye sütununun hündürlüyü ilə düz mütənasibdir, p ilə işarə olunur. p=ρgh, burada ρ - mayenin sıxlığı, g -qravitasiya sahəsinin intensivliyi, h - maye sütununun hündürlüyüdür. Qabın divarına mayenin göstərdiyi təzyiqdə həmin düsturla hesablanır. Lakin divarın hər yerində təzyiq eyni olmayıb, dərinliyin artması ilə artır.divara göstərilən orta təzyiq =pgh/2 dir. == Mənbə == M.Murquzov və b. Fizika. VII sinif üçün dərslik.
Hidrostatika
Hidrostatika — Mayelərin və ya qazların qabın dibinə və ya kənarlarına göstərdiyi təsirə deyilir.Hidromexanikanın mayenin müvazinət vəziyyətini, habelə maye içində olan cisimlərin müvazinətini öyrənən bölməsi. Hidrostatika mayelərin saxlanması, nəqli və istifadəsi üçün qurğuların yaradılmasıyla məşğul olan hidravlika mühəndisliyi üçün əsasdır. O həmçinin geofizika və astrofizika (məsələn, lövhələrin tektonikasını və Yerin qravitasiya sahəsinin anomaliyalarını anlamaq üçün), meteorologiya, tibb (qan təzyiqini öyrənərkən) və bir çox başqa sahələrin tərkib hissəsidir. Hidrostatika atmosfer təzyiqinin nə üçün hündürlüyə görə dəyişdiyini, ağac parçasının və yağın nə üçün suda üzdüyünü, durğun suyun səthinin nəyə görə düz olduğunu fiziki baxımdan açıqlayır. Hidrostatikada hündürlük qabın dibindən deyil,suyun səthindən ölçülür.Buna görə də cisim qabın dibinə endikcə hidrostatik təzyiq artır.
Hidrotermal məhlullar
Hidrotermal məhlullar (ing. hydrotermal solution s, rus. гидротермальные растворы) — maqmadan ayrılan su buxarları və onları müşahidə edən qazların temperaturu aşağı düşərkən əmələ gələn, maqmatik mənşəli isti su məhlullarıdır. Hidrotermal məhlullar Yer qabığında sirkulyasiya edir və mineral maddələrin yerləşməsinə və çökməsinə səbəb olur. Bu və ya digər anionların üstünlüyünə görə xloridli, sulfatlı və başqa hidrotermal məhlullar ayrılır. İsti hidrotermal məhlullar Yer təkinə süzülmüş səth sularının hesabına da əmələ gələ bilər. Sinonimi "hidrotermlər"di.
Hidrotermal yataqlar
Hidrotermal-çökmə (stratiform) yataqları — bunlara hidrotermal çökmə mənşəyə malik və stratiform termini ilə adlandırılan yataqlar aiddir. Burada laylı yatım forması olmasına baxmayaraq mənşəyi qeyri — müəyyəndir. Bunların yaranması haqqında 3 hipotez var: İlkin — çökmə hipotez sonradan dəyişməyə məruz qaldığını göstərir. Yataqların hidrotermal, epigenetik əmələgəlmə hipotezi. Burada onların dərində yatmış püskürmə süxurların massivləri ilə əlaqədar olması söylənilir. Daha tutarlı hesab olunan yataqların poligen mənşəli olması haqqında hipotez. Burada fərz edilir ki, yataqlar çökmə qatların inkişaf etdiyi və püskürmə süxurların massivlərinin olmadığı səthlərdə yerləşir. == Yataqların tipləri == Bunlara aiddir: Qumdaşı və şist laylarından Bornit – Xalkofilli tip , karbonat süxurlarındakı qalenit – sfaleritli, Kinovar – antimonitli tiplər. Bornit — Xalkopiritli tipi — tərkibində yüksək miqdarda üzvi karbon qazı saxlayan, qumdaşı, şist və dolomitlərdən ibarət depresiyalarda yerləşir. Filiz cisimləri uyğun laylı, linzavari və lentvari, mayili yığımlarda yerləşir.
Hidrotexnika
Hidrotexnika- (hidro…+mexanika)- su ehtiyatlarını, onlardan istifadə yollarını, həmçinin xüsusi hidrotexniki qurğu və avadanlıqların köməyi sayəsində suyun dağıdıcı təsiri ilə mübarizə üsullarını öyrənən elm; müvafiq texnika sahəsi. Hidrotexnika bir elm kimi hidrologiya, hidrogeologiya, hidravlika, hidromexanika və mühəndis inşaat elmlərinə (qruntlar mexanikası, inşaat mexanikası, mühəndis geologiya və s.) əsaslanır. Hidrotexnika aşağıdakı sahələri öyrənir. Su axınlarının hidrotexniki qurğulara və məcralara təsirini, onların suyun dağıdıcı təsirindən qorunması üsullarını; Çay axınının tənzimləmə metodlarını işləyib hazırlayır; Suyun qruntdan, qurğudan və onların əsaslarından süzülməsi prosesini tədqiq edir; Hidrotexniki qurğuların və onların əsaslarının dayanıqlığı nəzəriyyəsini və s. işləyib hazırlayır. Hidrotexnika sahəsində nəzəri tədqiqat hidrotexniki qurğuları hesablama və konstruksiyalama metodlarını, onların tikilməsi və istismarı üsullarını yaratmağa imkan verir. == Hidrotexniki qurğular == Hidrotexniki qurğular təbii su ehtiyatlarından (çay, göl, dəniz, yeraltı sular) səmərəli istifadə etmək məqsədi ilə, yaxud suyun (selin) zərərli təsirinə qarşı mübarizə üçün tikilən xüsusi mühəndis qurğularıdır. Bu qurğular vasitəsilə suları və axınları idarə etmək-suyun səviyyəsini və sərfini tənzimləmək, onun miqdarını, sürətini, istiqamətini, rejimini və s.-ni tələbata uyğun dəyişdirmək olur. Hidrotexniki qurğular dəniz, çay, göl, yerüstü, yeraltı ola bilər və ümumi təyinatlı və xüsusi hidrotexniki qurğulara ayrılır. === Ümumi təyinatlı qurğular === Ümumi təyinatlı qurğulara suyun qarşısını saxlayan və səviyyə düşgüsü yaradan qurğular (bənd, damba), suötürən, sutoplayıcı, sugötürücü qurğular, tənzimləyici qurğular və s.
Hidrotəmizləmənin kimyası
Hidrotəmizləmənin kimyası Hidrogen vasitəsilə təmizləmə prosesi sənayedə benzin və dizel yanacaqlarından arzuolunmayan birləşmələrin kənarlaşdırılması üçün geniş tətbiq olunur. Son zamanlar bir çox ölkələrdə, ABŞ və bir çox ölkələrdə hidrogen vasitəsilə mazutların da tərkibindən arzuolunmayan maddələrin kənarlaşdırılması üçün də istifadə edirlər. Bir qayda olaraq hidrotəmizləmə prosesi hidrogen mühitində alümo-kobaltmolibden katalizatorlarından istifadə elməklə 3-7 MPa təzyiq, 330-450ºC temperatur, 1-9 saat-1 həcmi sürət (xammalın) və 65-94% (həcm) hidrogen olmaqla aparılır. Hidrotəmizləmə prosesi katalizatorlarda kükürdlü (sulfidlər, tiofenlər, disulfidlər, merkaptanlar və s.), azotlu (piridin, pirrol və s.) və oksigenli üzvi bir- ləşmələrin (fenollar və başqaları) iştirakı ilə baş verən hidrogenləşmə reaksiyasına əsaslanır. Hidrotəmizləmə zamanı hidrogenləşmə reaksiyaları ilə yanaşı, paralel olaraq arzuolunmayan birləşmələrin hidrogen sulfid, ammonyak və suyun əmələ gəlməsi ilə kənarlaşdırılması müşahidə olunur( Şəkil 1). Katalitik hidrotəmizləmə zamanı baş verən reaksiyalar iki qrupa ayrılmaqla təsnif olunur: hidrogenoliz və hidrogenləşmə. Hidrogenolizdə bir karbon-heteroatom rabitəsi hidrogen vasitəsilə ayrılır. Hidrogenləşmədə hidrogenin molekula əlavə olunması rabitə qırılmadan baş verir. Katalitik hidrotəmizləmə zamanı əsas hidrogenoliz və hidrogenləşmə reaksiyaları aşağıda təsvir edilmişdir. == Hidrogenoliz reaksiyaları == Hidrokükürdsüzləşmə.
Hidrotəyyarə
Hidrotəyyarə; su səthində enmə, qalxma və manevr edə bilən təyyarələrə verilən addır. Hidrotəyyarələrin iki əsas növü mövcuddur: üzən təyyarələr və uçan gəmilər. == Tarix == İlk hidrotəyyarə 1910-cu ildə fransız pilot Henri Fabre tərəfindən inşa edilmişdir. == Növləri == “Hidrotəyyarə” termini tez-tez iki növ hava/su gəmisini təsvir etmək üçün istifadə olunur: üzən təyyarələr (float seaplane) və uçan gəmilər (flying boat) Üzən təyyarələr: Bu tip təyyarələrdə, təyyarənin gövdəsinə təkərli eniş qurğularının əvəzinə float və ya pontoon adlanan nazik uzun şamandıralar və ya dubalar quraşdırılmışdır Uçan gəmilər: Bu tip təyyarələrin gəmiyə bənzər gövdə quruluşu vardır, əsas şamandıra və korpus birləşmiş bir hissə formasındadır. Daha sonra bu nəqliyyat vasitələrinə geri çəkilə bilən təkərli eniş qurğuları əlavə edilərək, həm dənizdə, həm də quruda manevr etmə qabiliyyəti olan amfibiya təyyarələr hazırlanmışdır. == Türkiyədə hidrotəyyarələr == Hərbi sahədə ilk aviasiya təyyarəsi 1914-cü il aprelin əvvəlində İstanbula gətirilmiş Curtiss F-2 tipli hidrotəyyarə olmuşdur. Mülki sahədə hidrotəyyarələr ilə planlaşdırılan səyahətlər ilk dəfə 1924-cü ildə İstanbulda, Büyükdere Limanında İtalyan Aero Espresso Hava Yolları şirkəti ilə İstanbul-Afina-Brindizi və İstanbul-Afina-Rodos marşrutlarında Dornier Wal tipli təyyarələrlə edilmişdi və 1936-cı ilə qədər davam etmişdir. Hidrotəyyarə və hidrosəyahət sahələrində son illərdə alınan tələblərə uyğun olaraq, 23 avqust 2007-ci il tarixində Mülki Aviasiya Baş İdarəsi tərəfindən hidrotəyyarələrdə tənzimləmələri və standartları müəyyənləşdirmək üçün bir sirkulyar buraxılmışdır. Hidrotəyyarə ilə Hava Nəqliyyatının İdarə Edilməsi İdarəsi 2 oktyabr 2011-ci il tarixində rəsmi qəzetdə dərc edilmişdir. Hidrotəyyarə ilə hava nəqliyyatı ilk dəfə 16 mart 2012-ci ildə 19 nəfərlik cüt mühərrikli “Twin Otter” təyyarəsi ilə başlamışdır.
Hidroxinon
Hidroxinon (para-dihidroksibenzol, benzol-1,4-diol, kinol) aromatik bir üzvi birləşmədir, kimyəvi formulu C6H4(OH)2 olan ikiatomlu fenolların nümayəndəsidir, pirokatexin və rezorsinin izomeridi "Hidroxinon" adı, F. Wöhler tərəfindən birləşmənin xüsusiyyətinə görə, özünün sintez edildiyi xinon ilə oxşarlığı səbəbiylə verilmişdir. Kimyəvi sənayedə bir antioksidant, analitik kimyada niobium, volfram, qızılın və seziumun təyin edilməsi üçün bir reagent, fotoqrafiya sahəsində fotoşəkil aşkarlayıcısı olaraq istifadə edilən güclü bir vasitədir. Ticarət adı: H-142[2]. == Tarixi == Hidroxinon ilk dəfə 1820 -ci ildə xin turşusunun distillə edilməsi zamanı Fransız kimyaçıları Pierre Joseph Pelletier və Joseph Bienneme Kavantu tərəfindən ayrılmışdır. Hidrokinonun sintezi isə ilk dəfə 1844 -cü ildə xinonun bərpa edilməsi zamanı Fridrix Vöhler tərəfindən həyata keçirilmişdir. Wöhler həm də ona müasir adını vermiş və xüsusiyyətlərini təsvir etdmişdir [3]. William Ebney 1880 -ci ildə sənaye sintezi üsullarının inkişafına səbəb olan birləşmənin sərgilənən xüsusiyyətlərini kəşf etdi. Bu aşkarlayıcıların birincisi, 1889 -cu ildə Henri C. Nyuton tərəfindən eykonogen aşkarlayıcısına hidrohinon əlavə edərək və hər iki maddənin ən yaxşı xüsusiyyətlərindən özündə ehtiva edən son bir aşkarlayıcı kompozisiya əldə etmişdir. Tezliklə, metol-hidroxinon aşkarlayıcısı (İngilis dilli mənbələrdə MQ simvolları ilə ifadə olunur) təklif olundu, burada həddindən artıq həssaslıq fenomeni fərq edildi - iki fərqli aşkarlayıcı maddəsi birlikdə bir aşkarlayıcıdan daha aktiv işləyir. 1940-cı illərin sonlarında Levensonun elmi əsərləri ilə həddindən artıq həssaslığın təsiri təsdiqləndi və sübut edildi ki, bu vəziyyətdə görüntünün aşkarlanması metolla həyata keçirilir və hidroxinonun rolu sərf olunmuş metolu bərpa etməkdir [4] ] [3].
Hidroxor
Hidroxor — su ilə yayılan bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hidroxoriya
Hidrozoalar
Hiduc
Hiduc,Hiduç və ya Hindugəh-İranın Sistan və Bəlucistan ostanının Sib və Suran şəhristanının Hiduc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,065 nəfər və 217 ailədən ibarət idi.
Hidəc
Hidəc — İranın Zəncan ostanınınd Əbhər şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,798 nəfər və 3,011 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kalium hidrosulfat
Kalium hidrosulfat (KHSO4)- qələvi metalı kaliumun və sulfat turşusunun turş duzudır. == Fiziki xassələri == Kalium hidrosulfat –rombik sinqoniyanın kristallarıdı. Suda yaxşı, aseton və etanolda həll olunmur. == Alınması == 1. Sulfat turşusunun kalium hidroksidə təsiri nəticəsində: K O H + H 2 S O 4 → K H S O 4 + H 2 O {\displaystyle {\mathsf {KOH+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ KHSO_{4}+H_{2}O}}} 2. Kalium sulfatın sulfat turşusununa təsiri nəticəsində: K 2 S O 4 + H 2 S O 4 → 2 K H S O 4 {\displaystyle {\mathsf {K_{2}SO_{4}+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ 2\ KHSO_{4}}}} 3. Qatı sulfat turşusu ilə susuz kalium xloridin qaynadılması nəticəsində: K C l + H 2 S O 4 → K H S O 4 + H C l ↑ {\displaystyle {\mathsf {KCl+H_{2}SO_{4}\ \xrightarrow {\ } \ KHSO_{4}+HCl\uparrow }}} == Kimyəvi xassələri == 1. Kalium hidrosulfatın sulu məhlulları, anionun dissosiyasiyası səbəbindən turşu reaksiyasına malikdir: H S O 4 − ⇄ S O 4 2 − + H + {\displaystyle {\mathsf {HSO_{4}^{-}\ \rightleftarrows \ SO_{4}^{2-}+H^{+}}}} 2. Kalium hidrosulfat qızdırıldıqda parçalanır: 2 K H S O 4 → 240 o C K 2 S O 4 + H 2 S O 4 {\displaystyle {\mathsf {2\ KHSO_{4}\ {\xrightarrow {240^{o}C}}\ K_{2}SO_{4}+H_{2}SO_{4}}}} 2 K H S O 4 → 320 o C K 2 S 2 O 7 + H 2 O {\displaystyle {\mathsf {2\ KHSO_{4}\ {\xrightarrow {320^{o}C}}\ K_{2}S_{2}O_{7}+H_{2}O}}} 3. Qələvilərlə reaksiya zamanı orta duzlar alınır: K H S O 4 + K O H → K 2 S O 4 + H 2 O {\displaystyle {\mathsf {KHSO_{4}+KOH\ {\xrightarrow {\ }}\ K_{2}SO_{4}+H_{2}O}}} 4. Əridildikdə bəzi duzlarla reaksiya daxil olur: K H S O 4 + K C l → 500 o C K 2 S O 4 + H C l {\displaystyle {\mathsf {KHSO_{4}+KCl\ {\xrightarrow {500^{o}C}}\ K_{2}SO_{4}+HCl}}} 2 K H S O 4 + T i O 2 → 300 o C T i O S O 4 + K 2 S O 4 + H 2 O {\displaystyle {\mathsf {2\ KHSO_{4}+TiO_{2}\ {\xrightarrow {300^{o}C}}\ TiOSO_{4}+K_{2}SO_{4}+H_{2}O}}} == Tətbiqi == Kalium hidrosulfat boya istehsalında sulfolaşdırıcı maddə kimi istifadə olunur. Analitik kimyada, müəyyən birləşmələrin asanlıqla həll olunan formalara çevrilməsi üçün tətbiq olunur. Qida sənayesində bioloji qatqı (Е515 ) kimi istifadə olunur. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2.
Kalsium hidroksid
Kalsium hidroksid (Ca(OH)2) — kristal ağ rəngli toz halında olan maddə. Qüvvətli əsasdır. Suda zəif həll olur. == Trivial adları == Sönmüş əhəng Əhəng südü Əhəng suyu == Alınması == Kalsium oksidin( sönməmiş əhəng) su ilə qarşılıqlı təsirindən alınır və reaksiya istiliyin ayrılması ilə gedir: CaO + H2O → Ca(OH)2+Q == Xassələri == Kalsium hidroksid qələvilərin bütün reaksiyalarına daxil olur: Ca(OH)2 + H2SO4 → CaSO4 +2H2O Ca(OH)2 + SO3 → CaSO4 +H2O Ca(OH)2 + CO2 → CaCO3 + H2O Ca(OH)2 + Na2SO3 → CaSO3 +2NaOH Əgər 520-580ºC-yə qədər qızdırılsa parçalanaraq kalsium oksidə çevrilir: Ca(OH)2 →CaO + H2O Güclü əsas kimi suda kalsium kationuna və hidroksid anionuna tam dissosiasiya edir: Ca(OH)2←→ Ca2+ + 2OH− == Tətbiqi == Kalsium hidroksidin çox geniş tətbiq sahəsi vardır.Su təsislərində yeraltı suların təmizlənməsində, kağız istehsalında, qida sektorunda, suyun codluğunun aşağı salınmasında, ağardıcılarda, betonun hazırlanmasında istifadə olunur. == Təhlükəsizliyi == Tənəffüs sistemini təhriş edərək öskürək, nəfəs darlığına səbəb olur.Kalsium hidroksid uzun müddət dəriyə təmas edərsə dərini aşındıraraq ciddi yanıqlara səbəb ola bilər. == Mənbə == Химическая энциклопедия. - Т.2. - М.: Советская энциклопедия, 1990. - С. 297-298 N.A.Verdizadə, K.Ə.Quliyev, Ə.Z.Zalov, Ş.Ə.Quliyev. Kimya kursu.
Korpus (hidrovasitə)
Gəmi korpusu, hidrovasitə korpusu, gəmi gövdəsi, hidrovasitə gövdəsi — bir gəmi və ya qayığın alt hissəsini formalaşdıran hidroizolyasiyalı hissədir. Korpusun strukturu gəminin növünə görə dəyişikliklər göstərə bilir. Gəminin gövdəsi gəminin təyinatına görə gəminin üzmə qabiliyyətini, batmazlığını, möhkəmliyini, silahların və şəxsi heyətin, o cümlədən də mexanizmlərin yerləşdirilməsini təmin edir. Korpus sükan, lövbər, yanalma, yedəkləmə və qaldırıcı qurğularla təchiz edilir. Gəminin gövdəsinin içərisində əsas və köməkçi mexanizmlər, döyüş sursatları üçün nəzərdə tutulan anbarlar, yaşayış və xidməti otaqlar, yanacaq, yağ, su, zəncir qutuları, daşınan avadanlıqlar və yük üçün nəzərdə tutulan otaqlar, eləcə də çoxlu gəmi üçün nəzərdə tutulmuş cihazlar mövcuddur. Korpusun yuxarı göyərtəsi üst tikililər, konstruksiyalar və xidmət mexanizmləri üçün fundament funksiyası yerinə yetirir; onun üzərində dirəklər və borular yerləşdirilir. Gəminin gövdəsi əsas ölçüləri (uzunluğu, eni, çəkməsi), xarici konturların forması, komplektin struktur-güc sxemi, istehsalında istifadə olunan konstruksiya materialları (polad və (və ya) yüngül ərintilər, plastiklər, kompozit materiallar və ağac məhsulları) ilə xarakterizə olunur. Gəminin gövdəsinin forması onun gücünə, dənizə yararlılığına və manevr qabiliyyətinə ciddi formada təsir göstərir.

Digər lüğətlərdə