İCAD

is. [ ər. ] Vücuda gətirmə (gətirilmə), yoxdan var etmə (edilmə), yaratma (yaradılma), düzəltmə (düzəldilmə); ixtira (etmə), kəşf (etmə). Radionun icadı. Telefonun icadı. Hürufatın icadı. Yeni icad (yeni çıxmış şey, yeni ixtira).
// Uydurma.
O necə xəstəlikdir, – dedim, – kimin icadıdır? Mir Cəlal.

□ İcad etmək (eləmək) – vücuda gətirmək, yoxdan var etmək, yaratmaq. Parlaq günəşin həsrəti ruyinlə gözümdən; Qanyaş axıdıb Dəclələr icad edərəm mən. Heyran xanım.
// İxtira etmək.
Mən sizin üçün lap təzə bir xörək icad eləmişəm. Mol. Nəsr.
”.
O hansı elmdir ki, icad etdi telefonu? M.Möcüz.
Yəqin bu ekskavatoru icad edənlər onun ağırlığını, həcminin iriliyini nəzərə alaraq, onunla yükləmək mümkün olmadığını düşünmüşlər. Ə.Sadıq.

// Uydurmaq, düzəltmək.
[İblis:] Bir qazi olub gah edərim fitnələr icad. H.Cavid.

İcad olunmaq (edilmək) – vücuda gətirilmək.
…Övladıma da vəsiyyət edəcəyəm ki, müsəlman dili üçün təzə bir hürufat icad olunmuyunca müsəlmanca bir kəlmə söz də yazmasınlar. C.Məmmədquluzadə.

// Uydurulmaq.
Möcüzə adamları aldatmaq üçün icad olunmuşdur. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İCAD icad bax ixtira
  • İCAD yaratma — ixtira — kəşf — düzəltmə
İCAB
İCARƏ

Digər lüğətlərdə

ве́тер обло́мный станда́ртный тра́хаться у́зи успе́шность аги́тка диахрони́чески заключённая масти́ковый поби́ться подосно́ва по́ле зебра свигать autoeroticism basaltic competitor diaster omelette peterman plasticate unsew биокибернетика перемогаться