İLİM-İLİM

ilim-ilim itmək, ilim-ilim getmək – tamamilə yox olmaq, yoxa çıxmaq, izsiz itmək.
Göy üzü kilim-kilim; Yar itdi ilim-ilim; Kəsin düşmən dilini; Doğrayın dilim-dilim. (Bayatı).
Laçın seydgaha qılanda güzar; İlim-ilim itər bayquş, yapalaq. Q.Zakir.
Alagözlü gəlin Göygölü düşünürəm; Bu yerlərdən ilim-ilim itib qaçan; Azarı, ölümü düşünürəm. N.Rəfibəyli.

İlim-ilim itirmək1) səsi bir daha gəlməyəcək yerlərə, uzaqlara göndərmək, uzaqlaşdırmaq; sürgünə, həbsə göndərmək. O atın ölümünü məndən gördün, məni ilim-ilim itirdin. Mir Cəlal;
2) yox etmək, yoxa çıxarmaq, öldürtmək.

Etimologiya

  • İLİM-İLİM Dilimizdə ilim-ilim itmək ifadəsi var. İlim,( ilam) mənbələrdə “uzaq” məna­sın­da işlədilib. Deməli, ilim-ilim itmək “uzaqlara getmək”, “sürətlə uzaql
İLİKSİZ
İLİNMƏ

Digər lüğətlərdə

Ба́шня включе́ние втора́чиваться гу́рия заслю́нивать засто́льник комфо́ртно лугови́нка неулови́мо подсти́л покро́вный появи́ться шрифтово́й ко́лоб неперехо́дный отпа́ивать перетя́гивать фармазо́нский ворсовальный грациозно заграждать издольщина облобызать тотчас укротитель