İMPERİALİ́ZM

[ fr. ] Kapitalizmin XIX əsrin axırında və XX əsrin əvvəlində daxil olduğu ən yüksək və axırıncı mərhələsi; iri inhisarlarla səciyyələndirilən xammal mənbələri və xarici bazarlar uğrunda özgə ölkələri tutmaq, özgə xalqları istismar etmək, dünyanı yenidən bölüşdürmək üçün böyük kapitalist ölkələri arasındakı müharibə siyasəti.
İMPERİALİ́ST
İMPÉRİYA
OBASTAN VİKİ
İmperializm
İmperializm — Dövlət maraqlarından asılı olaraq . Digər dövlətlərin daxili işlərinə qarışmaq . Kapitalizmin son mərhələsidir .
İqtisadi imperializm
Müasir iqtisadiyyatda iqtisadi imperializm həyatın iqtisadiyyatdan kənar aspektlərinin, o cümlədən cinayət, qanun, ailə, qərəz, zövq, irrasional davranış, siyasət, sosiologiya, mədəniyyət, din, müharibə, elm və tədqiqatın iqtisadi analizidir. Bu terminin istifadəsi təqribən 1930-cu illərə təsadüf edir.Belə bir analizin ortaya çıxması, fiziki elmlərdə olduğu kimi standart statistik üsullar vasitəsilə təkzib olunan məna və nəticələrin sınanmasına imkan verən metoda istinad edir. Bu yanaşmada "davranışları maksimum vəziyyətə gətirməyin, sabit üstünlüklərin və qətiyyətlə tətbiq olunan bazar tarazlığının birgə fərziyyələri" mərkəzi mövqe tutur. Bütün bunların və diqqətin əsasən iqtisadi səmərəliliyə yönəlməsinin digər sosial elmlərdə nəzərə alınmaması və "iqtisadiyyata əvvəlcədən intizam aləmindən kənarda hesab edilən intellektual sahəni zəbt etməyə icazə verməsi" iddiaları irəli sürülmüşdür.
Mədəniyyət imperializmi
Mədəniyyət imperializmi imperyalizmin mədəni aspektlərini əhatə edir. Imperializm burada fərqli sivilizasiyalar arasında qeyri-bərabər münasibətlərin yaranması və davam etməsini, eyni zamanda daha güclü sivilizasiyanın üstün olduğunu izah edir. Beləliklə, mədəni imperializm, siyasi və ya iqtisadi cəhətdən güclü bir millətin zəif cəmiyyətlərin üzərində öz mədəniyyət dəyərlərini tətbiq etmək prinsipi və ya mədəni hegemoniyasıdır. Bu termin daha çox tarix, mədəniyyət tədqiqatları və müstəmləkəçilik-sonrası nəzəriyyələri sahələrində tətbiq olunur. Mədəniyyət imperializmi mədəni hegemoniyanı möhkəmləndirdiyinə görə münasibət, formal siyasət və ya hərbi əməliyyatlar kimi müxtəlif formaları ola bilər. == Tarixi == Con Tomlinson "Mədəniyyət imperializmi" adlı kitabında bu terminin 1960-cı illərdə ortaya çıxdığını və 1970-ci illərdən başlayaraq tədqiqat başlığı kimi gündəmə gəldiyini iddia etmişdir. Bundan əvvəl isə "media imperializmi", "struktur imperializmi", "mədəni asılılıq və hökmranlıq", "mədəni sinkronizasiya", "elektron müstəmləkəçilik", "ideoloji imperializm" və "iqtisadi imperializm" kimi terminlər eyni əsas anlayışı təsvir etmək üçün istifadə olunmuşdur. Müxtəlif alimlər bu terminə fərqli izahatlar verirlər. Amerika mətbuatının tənqidçisi Herbert Şiller yazırdı: "Bu gün mədəni imperializmin konsepsiyası (1975) bir cəmiyyətin müasir dünya sisteminə gətirildiyi proseslərin cəmini və bu proses nəzdində öz dəyərləri və quruluşunu ictimai qurumlara cəlb etməklə, təzyiqlə məcburi və ya manipulasiya ilə yaymasını bildirir. Yayma prosesində ictimai mediyanın rolu çox böyükdür və demək olar ki ən təsirli alətlərdən biridir Buna görə də, bu təsiri idarə etmək üçün çox vaxt hakim qüvvələr yayımları kommersiyalaşdırıllar.

Digər lüğətlərdə

знако́мить кол-гёрл снопообра́зный теса́ние Фрейд атако́вываться нала́комиться одури́ть патентова́ться пек потреби́тельство светлогла́зый чесночина copywriter groundless hard-face Laccadives pineal body relay runner remittent Samuel younger zounds блуждать объять