İNİLTİ

is. İnləmə səsi, həzin, yanıqlı səs; zarıltı, sızıltı.
Çinarlıqda yalnız başıma gəzdim; Bu halda incə bir inilti sezdim. H.Cavid.
Qulaqlarımda Qonçanın iniltiləri, çığırtıları, yalvarışları eşidilirdi. S.Hüseyn.
Bu ağlayış və inilti səslərindən çəkilən sədlər onları saxlamağa qadir deyildir. Ə.Məmmədxanlı.

// məc. Ümumiyyətlə, təsirli, yanıqlı, həzin, şikayətli səs.
Bülbülün səsi də anasını körpəlikdə itirmiş bir uşağın iniltisi qədər qəmgin və kədərlidir. M.S.Ordubadi.
Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastıbalabanların həzin iniltisi bir-birinə qarışmışdı. C.Cabbarlı.
Oradan-buradan gecəquşularının iniltiyə bənzər ulamaları eşidilirdi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNİLTİ İNİLTİ (iniltili səs) Qulaqlarımda Qanqanın iniltiləri, çığırtılan, yalvanşları eşidilirdi (S.Hüseyn); AH-ZAR [Bayram:] Əvvəldən bir az uf-tuf elər, s
  • İNİLTİ zarıltı — sızıltı
İNİLDƏTMƏK
İNİLTİLİ

Digər lüğətlərdə