İNTƏHASIZ

sif. Sonu, axırı olmayan, nəhayətsiz, sonsuz.
Bir gecə azarın intəhasız şiddətində şeyx gördü ki, qapı açıldı və Gülsüm daxil olub qapının arasında dayandı. Ə.Haqverdiyev.
[Qarı:] Əhməd qızını intəhasız, hədsiz-hesabsız sevibdir. A.Divanbəyoğlu.
Şirvan düzü intəhasız bir dəniz kimi görünürdü. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNTƏHASIZ intəhasız bax sonsuz, nəhayətsiz
  • İNTƏHASIZ nəhayətsiz — sonsuz
İNTƏHASI
İNTƏHASIZLIQ

Digər lüğətlərdə