İNŞAD

is. [ ər. ] şair. Bir ədəbi parçanı yüksək səslə və gözəl bir əda ilə oxuma; deklamasiya.
□ İnşad etmək (eləmək) – şeir demək, şeir yazmaq.
Şairim! Seyr elə ətrafı, təbiət nə gözəl; Bax mənim hüsnümə, inşad elə bir dadlı qəzəl. A.Səhhət.
Hər kəs inşad eyləmişdir bir kitab; Ta ki izhar eyləsin bir inqilab. H.Cavid.
Şair deyiləm, vəzn ilə şeir eyləyim inşad; Ancaq yazıram, xalq arasında qazanım ad. C.Cabbarlı.

İNŞAATÇI
İNŞALLAH

Digər lüğətlərdə