İPƏKÇİLİK

is.
1. Barama qurdundan ipək hasil etmə işi; baramaçılıq. İpəkçiliklə məşğul olmaq.
[Qonça:] [Ataş] ipəkçiliklə məşğul olurdu. S.Hüseyn.
Burada [Rəştdə] ipəkçilik geniş yayılmışdır. M.İbrahimov.

2. Bu işlə məşğul olan təsərrüfat. İpəkçilik təsərrüfatı.
İPƏKÇİ
İPƏKƏYİRƏN

Digər lüğətlərdə