İRƏLİLƏMƏK

f.
1. Qabağa doğru hərəkət etmək, irəli getmək, yerimək. Maşın evə doğru irəliləyirdi. O, yoldaşına tərəf irəlilədi.
[Ceyran] ağır və yorğun addımlarla irəliləyirdi. S.Hüseyn.
[Qəhrəman:] Bizimkilər irəliləyəndə mən yoldaşlarımla bir az asudə nəfəs alırdıq. H.Nəzərli.
Tahir evlərdən bir az kənar yol tutub, tanış həyətlərə göz gəzdirir, qohum-əqrəbaya rast gələcəyini düşünə-düşünə irəliləyirdi. M.Hüseyn.

2. Tərəqqi etmək, inkişaf etmək, müvəffəqiyyət qazanmaq, artmaq.
…Tənqid realizm … metodu ilə irəliləməyimizdə günəş kimi zəruridir. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İRƏLİLƏMƏK 1. İRƏLİLƏMƏK, İRƏLİ GETMƏK, QABAĞA GETMƏK, YERİMƏK 2. İRƏLİLƏMƏK, İNKİŞAF ETMƏK, MÜVƏFFƏQİYYƏT QAZANMAQ, TƏRƏQQİ ETMƏK 3
  • İRƏLİLƏMƏK artmaq — yüksəlmək
  • İRƏLİLƏMƏK yerimək
İRƏLİLƏMƏ
İRƏLİLƏTMƏ

Digər lüğətlərdə

выка́рмливать засверли́ть застрахо́вывать интерне́т-СМИ опаску́диться пы́жиковый хва́ткость артисти́чески безоснова́тельный настоя́щим образом попуга́ть размори́ться bio-bubble collection letter post nightcap stocktaking xenobiotic а антураж заниженный затянувшийся лязгать несмелый утроить