1. İsti eləmək, isti hala gətirmək, qızdırmaq. Suyu isitmək. Xörəyi isitmək.
– Toxta, balacığım, qoy donmuş canını bir isidim.
Tahir motoru isidib işə salanda [qızı] bir də səsləməyə məcbur oldu…
// İstilik vermək, öz hərarətini vermək, qızdırmaq.
[Günəş] şüaları insana xoş gəlir, canını isidirdi.
İlıq may günəşi … tarlaları isitmişdi.
// Məc. mənada.
[Qızın] atəşli gözləri məni yenidən isitdi.
Acizdir önündə qoca təbiət; İsidir qəlbini mehrü məhəbbət.
İsitsin dostları ilıq nəfəsim; Könül rübabını min teldən çalır.
2. Bədənin hərarəti artmaq (xəstəlik nəticəsində). Xəstə isidib. Bərk isitmişəm.
// dan. İsitmə xəstəliyi keçirmək, titrədibqızdırmaq. Uşaq isidir.
3. məc. Möhkəmlətmək mənasında.
Möhlətov öz yerini isidəndən sonra, şəxsi planlarını həyata keçirmək vaxtının çatdığını yəqin etdi.