1. Başqasının zəhmətini, məhsulunu mənimsəyən, özgəsini istismar edən.
// Sif. mənasında. İstismarçı siniflər. İstismarçı cəmiyyət.
– “Əkinçi” istismarçı və tüfeyli təbəqələri kəskin tənqid etməkdən çəkinmirdi.
2. xüs. Neft quyuları qazılıb qurtardıqdan, yaxud başqa sənaye müəssisələri tikilib qurtardıqdan sonra onları istismar üçün hazır hala salan fəhlə. İstismarçı briqada.