KÜNC

is. [ fars. ] Bucaq, guşə. Şkafın küncü. Küncə çəkilmək.
– Arvad ələyi gətirəndən sonra Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. C.Məmmədquluzadə.
Məhbuslar qorxularından küncə qısılırlar. Ü.Hacıbəyov.
Qalaca küncünə qısılan şahın; Xalqı palçıq kimi tapdalanıbdı. M.Araz.

// Məc. mənada.
…Meşənin dərin küncündə cəh-cəh ilə oxuyan bülbüllərə qulaq verdim. A.Divanbəyoğlu.
Atıb anan səni bir qəmli küncə; Sənə süd verərdi sanki ödüncə… M.Müşfiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÜNC bucaq
  • KÜNC KÜNC Uşaq bir küncdə boynunu burub oturmuşdu (M.İbrahimov); BUCAQ [Qəhrəman:] İndi mənim də fikrimə düşür ki, bucaqda bir arvad oturmuşdu, qucağında b
KÜMÖYÜL
KÜNC-BUCAQ
OBASTAN VİKİ
Azərbaycansayağı künc zərbəsi
Azərbaycansayağı künc zərbəsi — 1994-cü ildə Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılan və futbolda istifadə olunan taktiki gediş. == Tarixi == Azərbaycansayağı künc zərbəsi Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılıb. Taktiki gedişin əsas məqsədi futbolda künc zərbəsi zamanı topa yaxınlaşan futbolçu onu cərimə meydançasına doğru ötürür. Bu zaman topa doğru şığıyan 2 və ya 3 futbolçu topa toxunmayıb onu arxaya buraxır. Öncədən planlaşdırıldığı kimi sonuncu şəxs qapıya doğru zərbə vurur. Vaqif Sadıqov ilk dəfə Azərbaycansayağı künc zərbəsini 1994-cü ildə Neftçi klubunun baş məşqçisi olduğu vaxtda Bərdənin Pambıqçı klubu ilə görüşdə tətbiq etmişdi. Həmin oyunda Neftçinin futbolçuları Bəxtiyar Musayev və Mirbağır İsayev künc zərbəsinin yerinə yetirilməsində iştirak etsələr də, topa toxunmamış, son nöqtəni rəqibin cərimə meydanına gələn müdafiəçi Yaşar Vahabzadə vurmuşdur. Vaqif Sadıqov baş məşqçisi təyin olunandan sonra da bu üsuldan istifadə etdi. Bu oyun elementinin uğurlu tətbiqi sayəsində 1997-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan millisi Türkmənistanla yoldaşlıq matçından qalib ayrılmağı bacarmışdı. Belə ki, yerinə yetirilən künc zərbəsindən sonra müdafiəçi Rasim Abışov matçdakı yeganə qola imza atmışdı.
Künc zərbəsi (futbol)
Futbol oyunun 17-ci qaydası künc zərbəsi və ya kornerin yerinə yetirilməsi prosedurunu tənzimləyir. Künc zərbəsi oyun bərpasının üsuludur. Künc zərbəsi o vaxt təyin olunur ki, top sonuncu dəfə müdafiə olunan komandanın oyunçusuna toxunaraq yerdən və ya havadan qapı xəttini keçir və eyni zamanda 10-cu qaydaya əsasən qol qeydə alınmırsa. Futbolda künc zərbəsindən birbaşa vurulan qollar hesaba alınır. == Proseduru == Top qapı xəttini keçdiyi tərəfdən künc sektoruna, bayraq dirəyinin yanına qoyulur. Top nə qədər ki, oyuna daxil edilməyibsə, rəqib komandanın oyunçuları 9,15 m-dən (10 yard) az olmayan məsafədə dayanmalıdılar. Topa hərəkətdə olduğu və ya ona zərbə dəyildiyi zaman oyuna daxil olunmuş kimi sayılır. Zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmadığına və ya topun yenidən qapı xəttini keçməyənə qədər topa dəyə bilməz. == Pozuntular və cəzalar == Əgər zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmasından əvvəl topa dəyərsə, o zaman qarşı komanda təmasın baş verdiyi yerdən sərbəst zərbə vurmaq imkanı qazanır. Rəqib tərəfindən digər pozuntuların edildiyi halda, künc zərbəsi təkrarlanır.
Hind küncüt yağı
Küncüt yağı küncüt toxumundan alınan yeməli bitki yağıdır. Yağ kimi istifadə olunmaqla yanaşı, bir çox mətbəxdə fərqli qoz ətri və dadı olan ləzzət artırıcı kimi istifadə olunur. Yağ, erkən tanınan bitki mənşəli yağlardan biridir. Dünya miqyasında kütləvi müasir istehsal, səmərəsiz əl yığımı prosesi səbəbindən məhduddur. == Tərkibi == Küncüt yağı sadalanan yağ turşularından ibarətdir: linoleik turşu (ümumi miqdarın 41%), olein turşusu (39%), palmit turşusu (8%), stearin turşusu (5%) və digərləri az miqdarda. == Tarixi == Tarixən, küncüt 5000 il əvvəl quraqlığa davamlı bir məhsul kimi becərilib və digər məhsulların uğursuz olduğu yerlərdə yetişə bilib. Küncüt toxumu, yağ üçün emal edilən ilk bitkilərdən biri, həm də ən erkən dad əlavələrindən biri idi. Küncüt, Hind vadisi mədəniyyəti dövründə yetişdirilirdi və əsas yağ məhsulu idi. Ehtimal ki, eramızdan əvvəl 2500-cü ildə Mesopotamiyaya ixrac edilmişdi. == İstehsal prosesi == Küncüt toxumu ilk növbədə inkişaf etməkdə olan ölkələrdə istehsal olunur, genişmiqyaslı, tam avtomatlaşdırılmış yağ hasilatı və emalı texnikasının yaradılmasının məhdudlaşdırılmasında rol oynayan bir amildir.
Hind küncütü
Hind küncütü (lat. Sesamum indicum) - küncüt cinsinə aid bitki növü.
Künclü acıçiçək
Küncüt
Küncüt (lat. Sesamum) — pedaliacae fəsiləsinə aid bitki cinsi. == Növləri == Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edir. === Azərbaycanın dərman bitkiləri === == Əhəmiyyəti == Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16,2-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir.
Küncüt yağı
Küncüt yağı küncüt toxumundan alınan yeməli bitki yağıdır. Yağ kimi istifadə olunmaqla yanaşı, bir çox mətbəxdə fərqli qoz ətri və dadı olan ləzzət artırıcı kimi istifadə olunur. Yağ, erkən tanınan bitki mənşəli yağlardan biridir. Dünya miqyasında kütləvi müasir istehsal, səmərəsiz əl yığımı prosesi səbəbindən məhduddur. == Tərkibi == Küncüt yağı sadalanan yağ turşularından ibarətdir: linoleik turşu (ümumi miqdarın 41%), olein turşusu (39%), palmit turşusu (8%), stearin turşusu (5%) və digərləri az miqdarda. == Tarixi == Tarixən, küncüt 5000 il əvvəl quraqlığa davamlı bir məhsul kimi becərilib və digər məhsulların uğursuz olduğu yerlərdə yetişə bilib. Küncüt toxumu, yağ üçün emal edilən ilk bitkilərdən biri, həm də ən erkən dad əlavələrindən biri idi. Küncüt, Hind vadisi mədəniyyəti dövründə yetişdirilirdi və əsas yağ məhsulu idi. Ehtimal ki, eramızdan əvvəl 2500-cü ildə Mesopotamiyaya ixrac edilmişdi. == İstehsal prosesi == Küncüt toxumu ilk növbədə inkişaf etməkdə olan ölkələrdə istehsal olunur, genişmiqyaslı, tam avtomatlaşdırılmış yağ hasilatı və emalı texnikasının yaradılmasının məhdudlaşdırılmasında rol oynayan bir amildir.
Şərq küncütü
Hind küncütü (lat. Sesamum indicum) - küncüt cinsinə aid bitki növü.

Digər lüğətlərdə