1. Bir işdə kömək edən şəxs; yardımçı. Uşaq anasının köməkçisidir.
– …Mən Tehranda özümə köməkçi tapa bilərəm.
2. Müavin. Usta köməkçisi. Rejissor köməkçisi. Operator köməkçisi.
– İrəvanda da deyirlər vitse-konsulun köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır…
Qəbul otağında köməkçi ilə [Mollayevdən] başqa heç kim yox idi.
3. məc. Yardımçı, əlavə. Köməkçi sual. Köməkçi sex.
◊ Köməkçi nitq hissələri qram. – əsas nitq hissələrinin xüsusiyyətlərinə malik olmayan sözlər (ədatlar, qoşmalar, bağlayıcılar, modal sözlər).
Köməkçi feil qram. – leksik mənası olmayan, başqa sözlərlə birləşib mürəkkəb feil düzəldən feil (məs.: etmək, eləmək, olmaq və s.).