LANGUAGE

n dil; native ~ ana dili, doğma dil; foreign ~ xarici / əcnəbi dil; to learn a foreign ~ əcnəbi / xarici dil öyrənmək; to speak the same ~ eyni dildə danışmaq; finger ~ lal və karların dili; strong ~ andla dolu olan danışıq; bad ~ söyüş, təhqir

LANE
LANTERN
OBASTAN VİKİ
Aquatic Language
Aquatic Language və ya Yaponiyada tanınan adı ilə Mizu no Kotoba (水のコトバ, azərb. Su dili‎) – Yasuhiro Yoşiuranın rejissorluğu ilə çəkilmiş 9 dəqiqəlik anime. 26 oktyabr 2002-ci ildə NHK BS1 kanalının 10 min. theater slotunda yayımlanmışdır. == Məzmun == Animenin mövzusunun əsas məqsədi dilin əhəmiyyətini və ünsiyyətinin vacibliyini izləyicilərə çatdırmaqdır. Anime üçün 2D və 3D vizual texnikalarından, drammatik kamera hərəkətlərindən və bucaqlarından istifadə olunmuşdur. == Səsləndirmə == Rina Matsufuci barmen qız rolunda. Yasuhiro Yoşiura protaqonist rolunda. Mayo Sakseqava dedi-qoduçu qız rolunda. Çihiro Kusano gözəl qız rolunda.
Art & Language
İncəsənət və Dil — (ing. Art & Language) 1960-cı illərin sonlarından etibarən bir çox dəyişikliklərə məruz qalan konseptual sənətkarların əməkdaşlığıdır. Qrup intellektual ideyaları və narahatlıqları incəsənət yaradıcılığı ilə birləşdirmək üçün ortaq arzusu olan rəssamlar tərəfindən təsis edilmişdir. Art-Language və (jurnal qrupu) ilk sayı 1969-cu ilin noyabrında İngiltərədə Chipping Nortonda nəşr olunmuşdur və Birləşmiş Ştatlarda və Birləşmiş Krallıqda konseptual sənət və müasir sənətə əhəmiyyətli təsir göstərmişdir. == Sənətkarlar == Terry Atkinson David Bainbridge Kathryn Bigelow Ian Burn Sarah Charlesworth Michael Corris Dan Graham Preston Heller Graham Howard Harold Hurrell Joseph Kosuth Christine Kozlov Nigel Lendon Sol LeWitt Andrew Menard Philip Pilkington Neil Powell David Rushton Terry Smith Mayo Thompson Lawrence Weiner == İstinadlar == == Xarici keçidlər == MoMA PS1 veb, New York Arxivləşdirilib 2017-08-15 at the Wayback Machine MoMA veb, New York Tate Modern veb, London Centre Pompidou veb, Paris. Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine Stedelijk Museum veb, Amsterdam Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine Fundacio Tapies veb, Barcelona Monsoro qəsri veb, Monsoro.
Chess Query Language
Chess Query Language (CQL) — sorğu dili olub, şahmat oynunçularına və tədqiqatçılara müxtəlif oyun, mövqe və məsələləri sürətli axtarmağa və öyrənməyə imkan verir.
Hypertext Markup Language
HTML (ing. Hypertext Markup Language) — brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir. Bütün veb-qovşaqlarda toplanmış və internetə qoşulmuş kompüterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir. Hipermətn koduna malik olan fayllar (.htm) və (.html) genişləndirməsi ilə göstərilir. == İnkişaf tarixi == HTML dilinin inkişaf tarixi 1989-cu ildə Oksford Universitetinin tələbəsi Tim Berners-Li tərəfindən hipermətnli sənəd sisteminin çıxarılması təklifi ilə başladı. 1990-cı ildə isə o bunu World Wide Web (Ümumdünya hörümçək toru) adlandırdı. Sistemi təşkil edən hissələrdən biri hipermətnli nişan qoymaq idi. Onun əsası 1990-cı ildə Berners–Linin hipermətnli sənədlərə baxmağa icazə verən brauzeri yaratması ilə qoyuldu.
SNOBOL (StriNg-Oriented symBOlic Language)
SNOBOL — 1962-67-ci illərində AT&T Bell Laboratories (ABŞ) tədqiqat şirkətində Ralf Qrisuold tərəfindən işlənib hazırlanmış, əsasən, sətir və mətnlərin emalı üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. SNOBOL güclü, yığcam dil olsa da, geniş tətbiq olunmadı, çünki strukturlu proqramlaşdırmada istifadə olunan şərtsiz keçidi etibarlı təmin etmir. SNOBOL-un kompilyasiya olunan versiyaları yaradılsa da, başlanğıcdan o, interpretasiya olunan dildir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 790 s.