LEVEL

level1

n səviyyə; language ~s dil səviyyələri; the ~ of morpheme / lexeme morfem / leksem səviyyəsi; The water in the river rose to the level of 2 metres Çayda suyun səviyyəsi 2 metr qalxdı

level2

adj 1. hamar; yastı; The road runs level for miles Yol millərlə məsafədə hamardır; 2. məc. ahəngdar; in a ~ tone ahəngdar tonla

level3

v hamarlamaq, hamarlaşdırmaq, yastılamaq, yastılaşdırmaq; to ~ a road yolu hamarlamaq / hamarlaşdırmaq; to be ~ led to the ground yerlə yeksan olmaq / edilmək; Armenian agressors have levelled many Azerbaijanian villages to the ground Erməni işğalçıları bir çox Azərbaycan kəndlərini yerlə yeksan ediblər

level4

adv bərabər; eyni səviyyədə

LETTER
LEVITY
OBASTAN VİKİ
Top-level domain
İnternet (internus — daxili və inter — arasında; Internet — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. "İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar: hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; kompüter rabitə kanalı; tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi; bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi. Məsələn, internet səhifələrində yer alan materiallar, internetə qoşulmaq, internet vasitəsilə məktublaşmaq. 1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ni müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı.
Top level domain
Yüksək səviyyəli domenlər (ing. Top-level domain (TLD) — DNS iearxiyasında ən yuxarı səviyyədə olan domenlərdir. Top - level domenlər aşağı səviyyədəki domenlərin tərkib hissəsidir. Məsələn, www.example.com domenində .com top level domendir. İlk dəfə olaraq ICANN təşkilatı tərəfindən yüksək səviyyəli 250 domen yaradılmışdır. Bunlardan 243-ü ölkələrə məxsus yüksək səviyyəli milli domenlər və 7-si yüksək səviyyəli ümumi istifadəli domenlərdir. Domenlər ingilis hərflərindən, rəqəm və defisdən ibarət ola bilər. Defis adın əvvəlində və axırında gələ bilməz, domen adın minimum uzunluğu zonadan asılı olaraq 2-3-simvol, maksimal uzunluğu isə 63 olmalıdır . Hazırda milli domenlərin ümumi sayı 250-dir. Onların sayı ISO 3166-1 beynəlxalq standartı kimi qəbul edilən dövlətlərin iki hərfli koduna uyğun gəlir.
Abarema levelii
Abarema levelii (lat. Abarema levelii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin abarema cinsinə aid bitki növü.
Levellerlər
Levellerlər (ing. Levellers — bərabərçilər) — İngiltərə burjua inqilabı dövründə radikal siyasi cərəyan. Həmin dövrdə xırda burjuaziyanın maraqlarını ifadə edən levellerlər birpalatalı demokratik respublika yaradılması, vətəndaşların qanun qarşısında bərabərliyi, azad ticarət, vergilərin azaldılması və s. tələbləri irəli sürürdülər. İnqilab zamanı London sənətkarları və yeni tipli ordunun əsgərləri arasında siyasi publisist Con Lilbernin ideyaları geniş yayıldı. Onları levellerlər adlandırırdılar. == Tarixi == "Levelle" termini ilk dəfə XVII əsr İngiltərəsində istifadə olunmuşdur.1607-ci il Midland üsyanında ilk dəfə adları çəkilib. Bu vaxtdan etibarən levellerlər tarix səhnəsinə çıxdılar. Onlar leveller terminini təhqiredici sayırdılar və özlərini xalq müdafiəçiləri adlandırırdılar. Levellerlər İngiltərə tarixində ilk radikal siyasi qruplaşma hesab olunur.

Digər lüğətlərdə