1. Bir yerin uzaqlara qədər gedən ümumi görünüşü, gözün qavraya bildiyi yerin, sahənin, təbiətin görünüşü; axar-baxar. Dağ mənzərəsi. Meşə mənzərəsi.
2. Təbiəti əks etdirən şəkil, rəsm. Təbiət mənzərələri.
// Bədii əsərlərdə təbiətin təsviri. Nizaminin əsərlərində mənzərələr.
3. məc. Konkret şəkildə təsəvvür olunan, göz qabağına gətirilə bilən şey, hadisə və s. Keçmişin mənzərələri. Yürüş mənzərələri. Axşam mənzərəsi.