Nurlan Mustafayev (kapitan)
Nurlan Hamlet oğlu Mustafayev (22 iyul 1990, Sumqayıt – 12 oktyabr 2020, Hadrut) — Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Hamlet və Rahilə Mustafayevlərin ailəsində anadan olub. 2005–2008 c illərdə C.Naxçıvanski adına Hərbi Liseydə, 2008–2013 illərdə isə AAHM-də təhsil alıb. 2010–2013 cü illərdə Almaniya Federativ Respublikasının Ali Hərbi Məktəbində təhsil alıb. 4 xarici dil bilirdi. Ailəli idi. Nurlan adlı oğul övladı Vətənə əmanət qalıb.
1997–2005-ci illərdə Nəsimi rayonunun P. Saleh adına 159 nömrəli tam orta məktəbində, 2005–2008-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008–2012-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM), 2010–2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.