Göygöl — Azərbaycanın Ordubad rayonunda şirinsulu, axarlı göl.
Göygöl | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdədir. Sahəsi 1,5 hektar, dərinliyi 6.5 metrə qədərdir.[1] Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır[2].
Suyu şəffaf göyümtül rəngə çaldığına görə belə adlandırılmışdır.[3]