OTURMAQ

f.
1. Yanını bir yerə, ya oturacağa qoyub oturaq vəziyyət almaq, əyləşmək. Buyurun, oturun! – [Hacı Əhməd Almasa:] Heç, elə belə gəldik, baş çəkək.
Oturmaq olar? C.Cabbarlı.
Ruhnəvaz xanım ciddi baxışına heç də təğyir verməyərək Qurbanlının qarşısında oturdu. Çəmənzəminli.

2. Hərəkət etməyib durmaq, qalmaq.
Burada nə qədər oturub gözləyəcəyik? – Yusif və Bahadır gözlərini silib xeyli vaxt səssiz oturdular. N.Nərimanov.

// Heç bir işlə məşğul olmamaq, vaxtını boş keçirmək, boş durmaq. Bu qədər oturmaq olar? Oturdun bəsdir. Oturmaqdansa, bir şeylə məşğul ol.
3. Çökmək, dibi torpağa dirənmək, aşağı enmək. Gəmi saya oturdu.
// Dibə çökmək, aşağı enmək. Sudakı duzlar şüşənin dibinə oturdu.
4. Yerinə düşmək, yerinə girmək, uyğun gəlmək. Pəncərə çərçivəyə yaxşı oturmur.
5. Əyninə yaxşı gəlmək, düz gəlmək, uyğun olmaq. Paltar bədəninə yaxşı oturur.
6. dan. Minmək. Qatara oturmaq.
– Atabala tramvaya oturub vağzala gedəsi oldular. Mir Cəlal.

7. məc. Həbsdə olmaq, həbsxanada saxlanılmaq, məhbus olmaq. Oğurluq üstdə üç il oturdu.
◊ Oturduğu yerdə – bax dayanıb duran yerdə (“dayanmaq”da). Oturduğum yerdə cəncələ düşdüm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OTURMAQ əyləşmək — minmək — qonmaq
  • OTURMAQ yığılmaq — qısalmaq — gödəlmək
  • OTURMAQ OTURMAQ [Nəbi Cəbiyə:] Kürsünü çək otur (S.S.Axundov); ƏYLƏŞMƏK Sabahınız xeyir, çörək üstündən durmazlar, – deyə Firəngiz əyləşmək işarəsi verdisə də

Antonimlər (əks mənalı sözlər)

  • OTURMAQ OTURMAQ – QALXMAQ Biri qalxıb, o birisi otururdu (Mir Cəlal)

Etimologiya

  • OTURMAQ Əsli olturmaq kimi olub. Oldur, otur, olğur (oturt), olduruğ (oturacaq) söz­ləri kökdaşdır, etimon ol feilidir
OTURMA
OTURTMA

Digər lüğətlərdə