– Günəş qürubunun qırmızı buludları günbatan tərəfi … bürümüşdü.
Uçan durna, sönən qürub nağılları andırır.
// Günbatan vaxt.
Müşavirə qürubdan bir-iki saat keçənə qədər davam etdi.
□ Qürub etmək – 1) batmaq.
Bu vaxt gün qürub etdi.
Gün qürub etməyə edirdi şitab; Kainata enirdi bir zülmət.
Bir axşam günəş qürub edirkən yenə meşədən o səs yüksəldi. ;
2) məc. yox olmaq, zail olmaq.
Qurtardı nisfi-şamdə, saqi, şərabımız; Etdi qürub, heyf, bizim afitabımız.
// Günbatan tərəf, qərb.
Günəş ətəklərini yavaş-yavaş qüruba doğru çəkməyə başlamışdı.
Məxmər kimi yumşaq alaqaranlıq içində əlindəki kətmənə dirsəklənərək, üzü qüruba dayanıb gülümsəyən o gənc qadının çöhrəsində bir bahar təranəsi duyulurdu.