Anadoluda qıpçaqlar
Anadoluda Qıpçaqlar, Nikeya İmperatoru III. John Vatatzes və III. John Vatatzesdən sonra Nikeya imperatorları tərəfindən 1222–1261-ci illərdə Qərbi Anadoluya yerləşdirilən qıpçaq- kumanlar olduğu məlumdur. Qıpçaq-kumanların Latın İmperiyası və Bizans İmperiyasında muzdlu əsgər kimi xidmət etdikləri də məlumdur. Qafqazdan, Xorasandan, Balkanlardan Anadoluya gələn qıpçaqların olduğu da məlumdur.
== Anadolu Qıpçaqları ==
Bizans Torpaqlarını və Şəhərlərini qarət edən, sərgərdan köçəbə qıpçaqlar, onların Bizans torpaqlarına zərər vurmasının qarşısını almaq və öz hərbi imkanlarından faydalanmaq istəyirdilər, İmperator III. John vatatzes bu qıpçaqların bir qismini Bizans xidmətinə, bir qismini Trakya və Makedoniyaya, bir qismini Anadoluda Menderes hövzəsində (Menderes çayı və ətrafı), bir qismini isə Frigiya və Bithyniyaya (indiki Ankara, Afyon, Əskişəhər, Bolu, Düzce, Kastamonu, Sakarya, Zonguldak) şəhərlərinə yerləşdirdi. bir qism Qıpçaq İznik İmperatorluğu və Latın İmperatorluğu onları Monqol və Səlcuq təhlükəsindən qorumaq üçün torpaqlarına yerləşdirldi. Bu gün bu vilayətlərdəki qıpçaq-kuman mənşəli kəndlər bu tarixdə Anadoluya daxil olub.
Bəzi tarixçilər III. John Vatatzesin bu təcrübəsinin çox da yaxşı nəticə vermədiyini və Kumanların Türkmənlərə qarışması ilə bölgənin türkləşməsinin sürət qazandığını iddia edərkən, II. Teodoros Laskaris demişdir: "Siz qərb bölgələrindən Kumanları buraya gətirməklə şərqdə xidmət edən bir qəbilə yaratdınız və Türklərin sərhədlərində Kumanları məskunlaştılaraq türklərin aramsız olaraq qərbə doğru irəliləməsinin qarşısını aldınız". atasının əhali köçürmə siyasətinin nəticəsi, çoxlu sayda Kuman toplumunun Balkanlardan Anadoluya məskunlaşması nəticəsində türklərin Anadoluda Qərbə doğru yayılmasının qarşısının alındığını yüksək qiymətləndirir. Çağdaş Bizans yazıçılarından Pachymeres də III. John Vatatzesin bu təcrübəsini Nikea İmperiyasının ən mühüm hərəkəti kimi şərh edir. Eyni şəkildə, başqa bir Bizans müəllifi Akropolitin ifadələrindən onun Kumanların Anadoluya yerləşdirilməsinin çox məntiqli bir addım olduğunu düşündüyü anlaşılır.