QƏŞƏM

fikirləşmədən, götür-qoy etmədən.
QƏRİBXAN
QƏTİ
OBASTAN VİKİ
Qəşəm Aslan
Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu – 19 noyabr 1984, Bakı) — Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi; SSRİ jurnalisti, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966). == Həyatı == Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1949-cu ildə yeddi illik məktəbini bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib. 1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib. 15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb. 1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub. 1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.
Qəşəm Aslanov
Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu – 19 noyabr 1984, Bakı) — Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi; SSRİ jurnalisti, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966). == Həyatı == Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1949-cu ildə yeddi illik məktəbini bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib. 1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib. 15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb. 1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub. 1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.
Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə (Nəcəfov Qəşəm Mirzə oğlu; 1 aprel 1959, Əliqullar, İmişli rayonu) — Şair, yazıçı- jurnalist, Əməkdar Mədəniyyət işçisi, "Azərbaycan" Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri,Azərbaycan Respublikası Audiovizual Şurasında ekspert, Azərbaycan Dövlət televiziyasında redaktor və aparıcı, Teleradio Akademiyasında müəllim, Mədəniyyət nazirliyinin "Qızıl kəlmə", "Milli kitab", Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq " Rəsul Rza", "Tofiq Mahmud" mükafatları laureatı, 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Poeziya Festivalının iştirakçısıdır. İndiyə kimi 40 şeir kitabı çap olunub. Bu kitablardan 18-i xarici ölkələrdə işıq üzü görüb. Şeirləri 20 dən çox dilə; ingilis, rus, ispan, fransız, alman, italyan, alban, çin, tamil, fars, holland, polyak və başqa dillərə tərcümə olunub. == Həyatı == Qəşəm Nəcəfzadə 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Şair dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə şairin dövrü mətbuatda, internet saylarında 300 — dən çox koşə yazısı dərc edilib. 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.
Qəşəm Səfərov
Qəşəm Yaqubov
Qəşəm İbrahimli
Qəşəm İsabəyli
İsabəyli Qəşəm İsa oğlu — şair, nasir, 1986-cı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1983). == Həyatı == Qəşəm İsabəyli 1948-ci il avqustun 14-də Azərbaycanın Kürdəmir rayonundakı Xəlsə kəndinda ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini Xəlsə kəndində, onbirillik məktəbi qonşu Axtaçı kəndində bitirmişdir (1966). Üç aya yaxın Bakıda metro tikintisində, sonralar isə Xəlsədə işləmişdir. ADU-nun Geoloji-coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirmişdir (1967-1972). Kürdəmir rayonunun Axtaçı və Beyi kənd məktəblərində müəllim işləmişdir (1972-1975). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir olmuşdur (1975-1976). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında sənədli filmlər birliyində inzibatçi, sifariş filmləri redaktoru vəzifələrində çalışmışdır (1976-1982). "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat və folklor şöbəsində redaktor olmuşdur (1982-1984). "İşıq" nəşriyyatında sifariş ədəbiyyatı redaksiyasının müdiri (1984-1992) işləmişdir.
Qəşəm İsmayılov
İsmayılov Qəşəm Camal oğlu — biologiya üzrə fəlsəfə doktoru, professor.[mənbə göstərin] == Həyatı == Qəşəm İsmayılov 1939-cu il mayın 25-də Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1945-ci ildə Cəbrayıl rayonunun 7 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 1956-cı ildə Ağdam şəhərinin 1 saylı orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitenin biologiya fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni bioloq-zooloq ixtisası üzrə tam kursunu bitirmişdir. Həmin ildə AMEA Zoologiya İnistitutunun "Ekoloji parazitologiya" laboratoriyasında laborant vəzifəsində işləmişdir. 1964-cü ildə ADU-nun biologiya fakültəsində əyani aspiranturaya daxil olmuş və aspirantlıq təhsilini başa vurduqdan sonra yenidən AMEA Zoologiya İnstitutuna işə qayıtmışdır. 1969-cu ildə "Azərbaycanda itlərin helmint faunası, onun epizootoloji və epidemioloji cəhətcə xarakterizə edilməsi" mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək, biologiya elmləri namizədi adını almış, Zoologiya İnstitutunda əvvəlcə kiçik elmi işçi, 1974-cü ildən hal-hazıra kimi böyük elmi işçi vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə 10-a yaxın mövzunun məsul icraçısı olmuşdur. "Lənkəran təbii vilayətində qaramal və camışlarda Moniezia cinsinə aid növlərin bioekoloji xüsusiyyətləri, yayılması, təsərrüfat əhəmiyyəti" mövzusunun məsul icraçısı idi. O, Azərbaycanın müxtəlif bölgələrində itlərdə və gövşəyən heyvanlarda parazitlik edən bir sıra başlıca helmintoz törədicilərinin təbii ocaqlıqlarını aşkar etmiş və onlara qarşı müvafiq mübarizə tədbirlərini işləyib hazırlamışdır. İlk dəfə olaraq Azərbaycan faunası üçün anoplosefalyatlarının aralıq sahibləri olan 25 növdən çox oribatid gənələri aşkar etmişdir.
Qəşəm Şahbazov
Qəşəm Cəlil oğlu Şahbazov (1902, Qarahəmzəli, İrəvan qəzası – 1989, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Ermənistan Kommunist Partiyası Zəngibasar Rayon Komitəsinin birinci katibi (1947–1950). == Həyatı == Qəşəm Cəlil oğlu Şahbazov 1902-ci ildə İrəvan quberniyası İrəvan qəzasının Qarahəmzəli kəndində anadan olmuşdur. Ailənin ən kiçiyi olmuşdur. Orta təhsilini İrəvan şəhərində almış, 1925-ci ilin əvvəllərində Ermənistan LKGİ MK-da işə qəbul edilmişdir. Qısa zaman sonra isə komsomolun Yeni Bəyazid qəzası (sonralar Basarkeçər rayonu) üzrə məsul təşkilatçısı təyin edilmişdir. Qəşəm Şahbazov 1928-ci ildə Bakıdakı Səməd Ağamalıoğlu adına texnikuma daxil olmuş, ardınca Gəncədəki Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir. Basarkeçər rayonuna qayıtdıqdan sonra üç il burada su idarəsinin rəisi işləmişdir. 1938-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edildikdən bir müddət sonra İrəvan şəhərinə köçən Qəşəm Şahbazov "Sovet Ermənistanı" qəzetində redaktor müavini işləmiş, sonra isə Vedi rayonuna MTS direktorunun siyasi işlər üzrə müavini vəzifəsinə göndərilmişdir. 1942-ci ildə Qırmızı Ordu sıralarında hərbi xidmətə aparılmış, lakin bir neçə gün sonra Tiflisdən geri qaytarılaraq Qarabağlar rayonunda qəzet redaktoru vəzifəsinə təyin edilmişdir. 1944-cü ildə Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin ikinci katibi seçilmiş, 1946-cı ilin əvvəlində isə Ermənistan KP Mərkəzi Komitəsinin bölmə müdiri təyin edilmişdir.
Rizvan Qəşəm oğlu Abbasov
Hicran Qəşəmova
Hicran Nəsirova (tam adı: Nəsirova Hicran Fətəli qızı; 11 mart 1958) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Hicran Nəsirova 1979-cu ildə M. Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin Tədris teatrında işləməyə başlamışdır. Gənc aktrisa teatrın bədii rəhbəri V. Həsənovun səhnə quruluş verdiyi C. Cabbarlının "Yaylağa gedir əsərində Tibb bacısı, S. Vurğunun "Komsomol poeması"nda Humay və s. tamaşalarda oynamışdır. 1981-ci ildə o, Milli Dram Teatrında Anarın "Səhra yuxuları" psixoloji dramında Leyla rolunu ifa etmişdir. 1986-cı ildən H. Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R. Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F. Q. Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar" (Reyhan), B. Vahabzadənin "Kimdir haqlı?" (Məlahət), Ə. Hacızadənin "İtkin gəlin" (Dünya), C. Cabbarlının "Almaz" (Yaxşı), R. Səməndərin "Bir yay günü" (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.
Əhməd Qəşəmoğlu
Məmmədov Əhməd Qəşəm oğlu (15 fevral 1950, Vayxır, Naxçıvan rayonu) — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978); "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı == Həyatı == Əhməd Qəşəmoğlu 1950–ci ilin 15 fevralında Naxçıvan MR-nin Babək rayonunun Vayxır kəndində anadan olmuşdur. 1972–ci ildə Bakı Dövlət Universitetinin Mexanika–riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmiş və Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda fəaliyyətə başlamışdır. 1974-cü ildən 1978–ci ilə qədər Moskvada SSRİ EA-nın Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda əvvəl təkmilləşmə kursu keçmiş,sonra əyani aspiranturanı bitirmişdir. 1974-cü ildə Varşavada Beynəlxalq Statistika İnstitutunun keçirdiyi konqresdə məruzə ilə çıxış etmişdir. İqtisad elmləri namizədidir. UNESCO–nun Beynəlxalq Kadrlar Akademiyasının fəlsəfə doktorudur. SSRİ Sosioloqlar Assosiasiyasının İdarə Heyətinin üzvü olmuşdur. == Yaradıcılığı == Ədəbi yaradıcılıqla geniş şəkildə məşğul olur. 1977-ci ildən Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində onun şerləri müntəzəm olaraq Respublika Mətbuatında çap olunmağa başlamışdır. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunmuşdur.

Digər lüğətlərdə