1. Yüksəlmək, qalxmaq, daşmaq. Dağlarda qarlar əriyincə, çayların suyu qabarırdı. Dənizin sakit səthi ehmalca qabardı.
2. Köpmək, şişmək. Xəmir qabarır.
3. Ürpərmək, dikəlmək, dik-dik durmaq, biz-biz durmaq. Xoruzun tükləri qabardı.
4. Acıqlanmaq, sərt söz demək.
□ Üzə qabarmaq, üstünə qabarmaq – üzə durmaq, sərt cavab qaytarmaq, acıqlanmaq.
5. məc. Ruha gəlmək, ruhlanmaq, coşmaq.
// məc. İftixar hissi duymaq, iftixar etmək; son dərəcə sevinmək, ruhlanmaq.