QAMÇILAMAQ

f.
1. Qamçı ilə vurmaq. Atları qamçılamaq.
– Heyvanı rahat qoymayıb qamçıladım. S.S.Axundov.
Şirəli çiynindəki tüfəngi doldurdu, atı bərk qamçıladı. M.Hüseyn.

// məc. Döyəcləmək, vurmaq.
Başımızın üstündə yağmur alaçığın keçələrini gum-gum qamçılayırdı. A.Şaiq.
Artıq yağış başlamışdı.
Qorxunc bir gurultu ilə pəncərəni qamçılayır, suyu içəri sıçradırdı. Çəmənzəminli.

2. məc. Bərk tənqid etmək, ifşa etmək; eyib və nöqsanlarını açıb göstərərək tənqid etmək. Yazıçı öz əsərində köhnə həyatın mənfi cəhətlərini qamçılayır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAMÇILAMAQ şallaqlamaq — qırmanclamaq — döyəcləmək — vurmaq
  • QAMÇILAMAQ qamçılamaq bax Şallaqlamaq
QAMÇILAMA
QAMÇILANMA

Digər lüğətlərdə