QARIŞIQLIQ

is.
1. Qarışıq şeyin halı.
2. Tərtibsizlik, nizamsızlıq, qaydasızlıq.
3. Hərc-mərclik, nizamsızlıq; asayişin, əmin-amanlığın olmaması. Qarışıqlıq düşmək.
– Nə bilim, deyirlər ki, Zəncan tərəfində qarışıqlıqdır. M.İbrahimov.
Müəllim bu qızı tanıyırdı… Atası qarışıqlıq illərində yatalaqdan ölmüşdü. Mir Cəlal.

4. Anlaşılmazlıq, dolaşıqlıq. Üslubun qarışıqlığı. Fikrin qarışıqlığı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARIŞIQLIQ tərtibsizlik — nizamsızlıq — qaydasızlıq
  • QARIŞIQLIQ hərc-mərclik — dolaşıqlıq
  • QARIŞIQLIQ anlaşılmazlıq — dolaşıqlıq
  • QARIŞIQLIQ qarışıqlıq bax hərc-mərclik
QARIŞIQLI
QARIŞIQSIZ

Digər lüğətlərdə