QİTƏLƏRARASI

sif. Yer kürəsinin qitələri arasında hərəkət edən, bir qitədən digər qitəyə, yaxud qitələrə gedib çatan. Qitələrarası raket.
QİTƏ
QİYABİ
OBASTAN VİKİ
Qitələrarası Kubok (futbol)
Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış. 1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir. Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur. Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar.
Qitələrarası ballistik raketlər
Qitələrarası ballistik mərmi (QABR) (İngilis: intercontinental ballistic missile (ICBM)) minimum 5500 km və daha çox mənzili olan, nüvə başlıq daşıması məqsədiylə hazırlanmış ballistik raketlərdir. Ayrıca kimyəvi və bioloji silah təsirləri ilə də təchiz oluna bilər. Tək bir mərmi birdən çox hədəf üçün birdən çox döyüş başlığı daşıya bilər. Erkən model QABR'lər hədəfi tam vurmaq mövzusunda qabiliyyətləri məhdud idi buna görə ümumiyyətlə şəhər kimi böyük hədəflər üçün istifadə olunurdular. Daha sonra hədəfi isabət qabiliyyəti artdıqda hərbi hədəflərə qarşı istifadə edilməyə başlandı. İkinci və üçüncü nəsil dizaynlar isabət mövzusunda xeyli irəlilədiyi üçün ən kiçik hədəflərə belə müvəffəqiyyətli nöqtə atışı edə bildi. İnkişaf etdirilən istifadəyə əlverişli ilk KABE, faşist Almanyasında Projekt Amerika adı ilə Wernher von Braun və qrupunun boynuna götürdüyü A9 / 10 raketidir. New York və digər Amerika şəhərlərini bombalamaq üçün nəzərdə tutulmuşdur. A9 / 10 mərmiləri ilk başlarda radio idarəsi ilə hədəfləməkdi. Lakin Elster Əməliyyatında ki müvəffəqiyyətsizlikdən sonra dəyişdirildi.
Qitələrarası ölkələrin siyahısı
İki qitədə yerləşən ölkələrin siyahısı — iki qitənin sərhədində yerləşən ölkələr
İlk qitələrarası avtoralli
Avtomobil icad edildiyi andan etibarən yarış həvəskarlarının diqqətini cəlb edib. Xırda miqyaslı yarışlar hələ 19-cu əsrin sonlarından başlayıb. 1907-ci ildə isə artıq birinci qitələrarası ralliyə start verildi. Fransanın "Le Matin" qəzetinin təşkil etdiyi ralli 10 iyun 1907-ci ildə Pekindən start götürür. İştirakçılar 16000 kilometr yol qət edərək Parisə yetişməli idilər. Yarışmanın qalibi Prins Ssipion Borqes "İtala" markalı avtomobildə səfəri 44 günə tamamlayır və 10 avqustda Parisə çatır. Corc Kormie isə "De Dion Bouton" markalı avtomobillə 64 günə gəlib çatır. Eyni markalı avtomobillə gələn Viktor Kolmie təyinat yerinə rəqibindən bir neçə saat fərqlə yetişərək üçüncü olur. İndi də qalib avtomobilləri nəzərdə keçirək. İtala şirkəti 1903-cü ildə Torino şəhərində qurulub.
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960-2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi. Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı.

Digər lüğətlərdə