QİYAM

is. [ ər. ]
1. Özbaşına, qeyri-mütəşəkkil üsyan, hakimiyyətə qarşı silahlı çıxış; bunt.
Atabəyin xəstə yatdığı şayiələri məmləkətə yayıldığı vaxt, bir çox evlərdə üsyan və qiyamlar başlayırdı. M.S.Ordubadi.

□ Qiyam etmək – üsyan qaldırmaq, üsyan etmək.
Qoy küçədə naz ilə xuram eyləsin oğlun! Öz xoşladığı əmrə qiyam eyləsin oğlun! M.Ə.Sabir.

2. klas. Qalxma, ayaq üstə durma.
// Birinə hörmət üçün ayağa qalxma.
Eylə sücud sidq ilə əbruyi-saqiyə; Ol sərvqamətin nəzərində qiyam bul. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QİYAM bunt — üsyan
  • QİYAM QİYAM Zəhir Bəlxi bütün bu tədbirlərlə razılaşsa belə, qoşunun Toğrul əleyhinə qiyam etməsilə razılaşa bilmirdi (M
QİYAQ
QİYAMÇI
OBASTAN VİKİ
Qiyam
Qiyam — ölkədə mövcud olan hakimiyyətə qarşı dövlət çevrilişi etmək məqsədilə hərbi qruplaşmaların silahlı çıxışı. Adətən müvəffəqiyyət əldə ediləndə hərbi diktaturanın qurulması, demokratik təsisatların dağıdılması və kütləvi terrorla nəticələnir.
Gürcüstan qiyamı (2009)
Gürcü qiyamı – 5 may 2009-cu ildə paytaxt Tiflisin 30 km şərqində, Gürcüstanın Muxrovani adlı məntəqəsində olan gürcü ordusu tank taborunun üsyanı. Üsyana qatılan hərbi qulluqçuların sayı dəqiq bilinmir. Üsyanın qaldırıldığı günün sonrakı saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi üsyançıların təslim olduqlarını açıqladı. Tabor komandanı da daxil olmaqla, liderlərindən bəziləri həbs edildi, digərləri qaçmağa nail ola bildi. Üsyan hökumətin Gürcüstanın sabitliyini pozmaq və Mixail Saakaşvilini öldürmək üçün rus dəstəkli sui-qəsd olduğunu iddiasını açıqladıqdan sonra meydana çıxdı. Gürcü səlahiyyətli şəxslər daha sonra süui-qəsd planı ilə əlaqəli ittihamlarını və Rusiyanın dəstəklədiyi iddialarını geri çəkdi. == Üsyandan əvvəl == Gürcüstan 2008 Cənub Osetiya müharibəsindən sonra qeyri-sabitlikdən təsirlənmişdi. 2009-cu ilin aprel ayından etiraz mitinqlərində Gürcüstan rəhbəri Saakaşvilinin istefası istənilirdi. Mart ayında Demokratik Hərəkat – Birləşmiş Gürcüstan siyasi partiyasının 9 üzvü qanundan kənar silah saxladıqlarına görə həbs edildilər. Həmin dövrlərdə bir neçə üst səviyyəli hökumət nümayəndəsi Saakaşvilinin Cənubi Osetiya və Abxaziyanın separatçı bölgələrini rus hakimiyyətinə buraxan uöursuz müharibəni başlatdığına görə müxalifətə keçdi.
Gəlinlərin qiyamı (film, 1985)
Gəlinlərin qiyamı (özb. Kelinlar qoʻzgʻoloni; özb. Келинлар қўзғолони; rus. Бунт невесток) — 1985-ci ildə Səid Əhmədin eyniadlı pyesi əsasında Melis Abzalovun rejissorluğu ilə çəkilmiş bədii film. Film "Özbəkfilm" kinostudiyasında istehsal olunub. Özbəkistan kinosunun ən uğurlu işlərindən biri hesab olunur. == Məzmun == Filmin baş qəhrəmanı qoca Farmon bibi böyük bir ailəyə başçılıq edir. O, vicdanlı və müdrik qadın, qayğıkeş anadır. Lakin hər bir işdə olduqca ciddi və mühafizəkardır. Onun qırx bir nəvəsi var.
Gəncə qiyamı
4 iyun Gəncə qiyamı — 1993-cü ilin iyununda Surət Hüseynov rəhbərliyi ilə Xalq Cəbhəsi hökumətinə qarşı qiyam. Hərbi uğursuzluqlar və ordudan kənarlaşdırılmasına görə qəzəblənən Hüseynov doğulduğu Gəncə şəhərində bir qrup milisi silanlandırmış, onları tərkisilah etmək üçün göndərilən Milli Ordu qüvvələrini məğlub etdikdən sonra Bakıya doğru irəliləmişdir. Azərbaycan hökuməti yaranmış siyasi böhran səbəbilə çaxnaşmaya düşmüş, Elçibəy isə Naxçıvana getmiştir. Bu zaman Hüseynov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev ilə ittifaq qurmuşdur. Nəticədə, Əliyev Azərbaycan Prezidenti, Hüseynov isə Azərbaycan Baş naziri olur. == Zəmin == Azərbaycan 1991-ci ilin sonlarından etibarən beynəlxalq arena tərəfindən tanınan, SSRİ-dən müstəqillik qazanmış gənc bir respublika idi. Azərbaycan üçün müstəqillikdən sonrakı dövr xaotik olmuşdur. Yeni dövlət Azərbaycana məxsus olan, lakin ermənilərin yaşadığı Dağlıq Qarabağ anklavına nəzarət uğrunda Ermənistanla hərbi münaqişədə idi. 1992-ci ilin mayında Xalq Cəbhəsi hərbi uğursuzluq səbəbilə kommunist Ayaz Mütəllibov hökumətini devirir, həmin ilin iyununda isə milliyətçi Əbülfəz Elçibəy demokratik şəkildə prezident seçilir. == Qiyam == Azərbaycan 1993-cü ildə Ermənistanla Qarabağ müharibəsindəki hərbi uğursuzluqlar səbəbiylə vətəndaş müharibəsinin astanasında idi.
Kenesar Kasımovun qiyamı
Kenesar Kasımov 1837–1847 qiyamı — Kenesar Kasımovun rəhbərliyi altında müasir Qazaxıstan ərazisindəki qazax xalqının Rusiya imperiyasına qarşı ən uzun və ən böyük üsyanıdır. == Fon == XVIII əsrin ortalarında Qazax Xanlığı, cunqarlar tərəfindən çoxsaylı basqınlara məruz qaldı. Qazax xanlığının torpaqlarının şərqdə Altaydan qərbdə Ural çayına, şimalda İşim çayından cənubda müasir Daşkəndə qədər uzandığını nəzərə alaraq, qazax xalqı Cunqar basqınlarını dəf etməkdə çətinlik çəkdi. Coğrafi yeri, təbii şəraiti ilə əlaqəli olaraq qazaxlar əsasən xanlığın geniş ərazisi boyunca maldarlıqla məşğul idilər. Qazaxların özləri sülhsevər bir xalq olduqları, heç vaxt qonşu ölkələrə və ərazilərə basqın etmədikləri, qonşularının torpaqlarına heç bir iddiaları olmadığı səbəbindən əpələnmiş qazaxların tez bir araya gələrək müharibə aparması çətin idi. Qazaxlar 1731-ci ildə Anrakay döyüşündə ortaq səylərlə cunqarlara qarşı vuruşdular və məğlub oldular. 18-ci əsrin ortalarında Abilay xan Rusiya İmperiyası ilə Qing İmperiyası arasındakı tarazlığı qoruya bildi, heç bir dövlətin vətəndaşlığını qəbul etmədi. Eləcə də Abilay xanın hakimiyyəti dövründə Qing İmperiyası çox aqressiv cunqarlardan şimal ərazilərinə basqın etməkdən qorxaraq, Cunqar dövlətinə qarşı müharibə başlatdı, onu tamamilə məğlub etdi. Onlar Abilay xandan karvanlarına hücum etməmələrini və Qazaxıstan ərazilərindən keçmələrinə icazə verməsini istədilər. == Səbəblər == Kenesarın (1802–1847) siyasi baxışları XIX əsrin birinci rübündə, Rusiya İmperiyasının Qazaxıstan çöllərinə getdikcə daha dərindən nüfuz etdiyi dövrdə formalaşmışdır.
Koçkiri qiyamı
Koçkiri üsyanı – 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Hökumətinə qarşı Koçgiri, Pezgavır, Maksudan, Aslanan, Kurmeşan, Parçikan, Cenbergan tayfalarının tərəfindən qaldırılmış kürd üsyanıdır. 1920-ci ilin əvvəlində Baytar Nuru, Yellicə nahiyəsində Hüseyn Abdal, Cangaben və Kurmeşan kimi tayfaların rəisləriylə birlikdə yığıncaq təşkil edərək Sevər Andlaşmasının tətbiq olunmasını və Diyarbakır, Van, Bitlis, Elazığ, Dərsim və Koçgiridən ibarət olan ərazilərdə müstəqil kürd dövləti qurulmasını qərarlaşdırmışdır. Üsyançılar iyul ayında Pərdəyənin Çulfa Əli polis bölməsinə və Şadan tayfa rəisi Paşo da Rifahıyaya hücum etmişlər. Türkiyə hökumətinin üsyanı diplomatik yolla həll etməsi ilə bağlı atdığı addımlar bir təşəbbüs vermədikdən sonra Türkiyə Böyük Millət Məclisi Hökumətinin təyin etdiyi Topal Osman Ağanın başçılığı altında ərazilərə ordu yeridilir və ümumilikdə üç ay davam edən üsyan tamamilə yatırılır. == Mənbə == Nuri Dersimi:Kürdistan Tarihinde Dersim, Halep, 1952, (Komkar Yayınları, Köln, 1988) Hıdır Göktaş: Kürtler, İsyan-Tenkil, İstanbul, 1991 Faik Bulut: Dersim Raporları, İstanbul, 2005, ISBN 975-6106-02-6 Uğur Mumcu, Kürt – İslam Ayaklanması 1919-1925, Tekin Yayınları, İstanbul, 1991, s.33-40.
Meymunların qiyamı (film, 2011)
Meymunların Qiyamı (ing. Rise of the Planet of the Apes) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Rupert Uayattın rejissorluq etdiyi filmin baş rollarında Ceyms Franko və Frida Pinto çəkilmişlər.
Muxrovansk qiyamı
Muxrovansk qiyamı — 5 may 2009-cu ildə Gürcüstanın Muxrovansk rayonunda baş vermiş qiyam cəhdi. Qiyam Gürcüstan prezidenti Mixail Saakaşvilini devirmək məqsədilə təşkil edilib, məğlubiyyətlə nəticələnmişdir. == Mənbə == Fərhad Məmmədov. "GÜRCÜSTANDA HƏRBİ QİYAM YATIRILDI (təfsilat)" (az.). musavat.com. 2009-05-05. İstifadə tarixi: 2014-01-28. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Cahangir Həsənli. "Gürcüstanda NATO təlimlərinə start verildi" (az.). hafta-ichi.az.
Nika qiyamı
Nika qiyamı (yun. Στάσις τοῦ Νίκα) — 532-ci ilin yanvar ayında 1 həftə ərzində imperator Yustinianı devirmək üçün baş verən qiyam. Üsyan bəzən şəhərin tarixi boyunca ən qanlı qiyam olaraq qeyd edilir, Konstantinopol əhalisinin demək olar ki, yarısı yandırıldı, on minlərlə insan öldürüldü. == Tarixi == Qədim Roma və Afinanın demes adlanan assosiasiyası idman oyunları əsasən də at arabası yarışları ilə dəstəklənirdi. İlk başlar yarışlarda oyunçular dörd hissəyə bölünürdü, oyunçular hər hissənin rənginə uyğun uniformalar geyinirdi. Onlar Mavilər (Veneti), Yaşıllar (Prasini), Qırmızılar (Russati) və Ağlar (Albati) idi. 6-cı əsrdə öz aktivliyini qoruyan sadəcə mavilər və yaşıllar idi, hətta imperator Yustinian özü də mavilərin tərəfdarı idi. Demes artıq Bizansın həm sosial həm də siyasi mövzusu halına gəlmişdi. Onlar artıq küçə quldur dəstələrinin və siyasi partiyaların aspektlərini birləşdirərək, teoloji problemlər və taxt iddiaçıları ilə bağlı mövqe tuturdular. Onlar tez-tez yarışlar arasında siyasi tələblər səsləndirərək imperiya siyasətinə təsir göstərməyə çalışırdılar.
Pivə qiyamı
Pivə qiyamı və ya Hitler-Lüdendorf qiyamı (alm. Hitler-Ludendorff-Putsch‎) — Münhendə 1923-cü il 9 noyabr tarixində Hitlerin rəhbərliyi altındakı nasional-sosialistlərin, "Kampfund" təşkilatı və general Lüdendorfun birgə səyi ilə təşkil edilmiş hakimiyyəti ələ keçirmək uğrunda uğursuz qiyam (putç). == Tarixi fon == 1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrilirdi. Partiyanın silahlı dəstələrinə Ernst Rem rəhbərlik edirdi. Partiyanın liderlərindən olan Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi. 1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər. Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi.
Qiyamə Surəsi
75-ci surə
Qiyaməddinli
Qiyaməddinli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qiyaməddinli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qiyaməddinli kəndi Gələbədin kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qiyaməddinli kənd inzibati ərazi vahidi yaradılmışdır. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin iyun ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. == Əhalisi == === Tanınmış şəxsləri === Çərkəz bəy Əlibəyov — xeyriyyəçi. Nəsib Əliyev — kəndin ilk polkovniki, istefada olan polkovnik. Asif Rüstəmli — Azərbaycan ədəbiyyatşünası, kəndin ilk elmlər doktoru və professoru.
Qiyaməddinli (dəqiqləşdirmə)
Qiyaməddinli — Ağcabədi rayonunda kənd. Yuxarı Qiyaməddinli — Ağcabədi rayonunda kənd.
Qiyaməddinli bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qiyamət
Qiyamət günü və ya məşhər günü — İbrahimi dinlərin esxatologiyasında - əməlisalehləri və günahkarları müəyyən etmək, əvvəlkinin mükafatını və sonuncunun cəzasını təyin etmək üçün Allahın insanlar üzərində etdiyi son məhkəmə. == İudaizmdə == Yəhudilikdə Qiyamət günü hamının dirilməsindən sonra Allahın məhkəməsidir, bunun ardınca əməlisalehlərin əbədi səadəti və günahkarların isə əbədi əzabı gələcəkdir. Hamının dirilməsi o deməkdir ki, müəyyən bir zamanda bütün ölülər cismani olaraq diriləcəklər. Yeşaya, Yezekel, Daniel və başqaları kimi yəhudi peyğəmbərləri ölülərin dirilməsi haqqında danışmışlar. Belə ki, Daniel peyğəmbər bu barədə belə deyir: Torpağın altında uyuyanların bir çoxu oyanacaq, bəziləri əbədi həyata, bəziləri isə əbədi təhqir və rüsvayçılığa düçar olacaq. — Дан. 12:2 == Xristianlıqda == Xristianlıqda ümumi dirilmə, Qiyamət günü və intiqam doqması əsas olanlardan biridir. İncildə deyilir: “Ata heç kəsi mühakimə etmir, lakin bütün hökmü Oğula verib... hökmü ona icra etmək səlahiyyəti verib, çünki O, Bəşər Oğludur » ( Ин 5:22, Ин 5:27 ). Bu səbəbdən xristianlar inanırlar ki, İsa Məsih “özü və bütün müqəddəs mələklər Onunla birlikdə gələndə ” bütün xalqları mühakimə edəcək ( Мф 25:31).
Qiyamət (film, 2003)
Qiyamət (Rom: Qayamat, digər adı: "Qiyamət: Şəhər təhlükə altında") — 2003-cü ildə Harri Baveja tərəfindən çəkilmiş hind trilleridir. Film Hollivud istehsalı olan Qaya filminin remeykidir. Baş rollarda Acay Devqan və Sunil Şetti oynamışdır. Film Hindistanda bir sıra mükafatlar əldə etmiş və eyni zamanda da, hərəkətlər, xüsusi effektlər və kinematoqrafiya üzrə mükafatlara namizəd olmuşdur. == Süjet xətti == Mumbayda milyonlarla insan bioloji silah hücumundan sonra əzab içində ölümlə üz-üzə qalırlar. Təhlükəli raketlərin istehsalında istifadə edilən virus, pakistanlı generalın sifarişi ilə iki qanqster qardaş olan Əli və Abbas Ramani və onların müştərək sevgilisi Leyla tərəfindən Hindistan laboratoriyasından oğurlanmışdır. 200 nəfəri girov götürdükdən sonra şəhərlə üzbəüz yerləşən bir adadakı həbsxananı tuturlar. Onlar Hindistan hökumətindən Kəşmirin müstəqilliyini, yüz milyonlarla rupi və onların qaçması üçün vertolyot tələb edirlər. Komando əməliyyatına cavabdeh olan kəşfiyyat zabiti Əkrəm Şeyx (Sunil Shetty), bir vaxtlar həbsxanadan qaçmağı bacaran və buna görə də həbsdən azad edilən yeganə cinayətkar olan Raçitaya (Ajay Devqan) indi terrorçular tərəfindən işğal olunmuş adadakı həbsxanaya girməyə kömək etməsi üçün müraciət edir.
Qiyamət anbarı
Qiyamət anbarı — "Qlobal Toxum Anbarı" layihəsidir. Anbarda dünyadakı bütün bitki toxumlarından var. Bill Qeyts də daxil olmaqla dünyanın bütün zənginlərinin uzun illərdir ki, dağın altında anbar yaratdıqları ortaya çıxıb. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır. Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib. Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Təxminən yüz ölkədəki "bitki mənşəli gen bankları"nda olan toxum nümunələri Qiyamət Anbarı (Doomsday Vault) adlandırılan bu nəhəng anbarda yığılır.
Qiyamət günü
Qiyamət
Qiyamət günü (Mikelanjelo)
Qiyamət günü və ya Son hökm (it. Giudizio universale — İtalyan renessans rəssamı Mikelancelonun Vatikandakı Sikstin kapellasının qurbangahının divarında çəkdiyi freska. İsanın ikinci dəfə gəlməsini və Allahın insanlığa son qərarını təsvir edir.
Qiyamət günü saatı
Qiyamət günü — Kainatın və bütün canlıların məhv olacağı deyilən, dini cəhətdən qəbul edilən bir zaman kəsimidir. Bir çox dini əhəmiyyətli kitablarda bu günün mövcudluğu və mütləqiyyətliyi barədə yazılsa da, elmi cəhətdən mümkünsüzlüyünü göstərən bir sıra sübutlar da vardır. Sonuncu dəfə qiyamət gününün yaxınlaşdığı tarix 12 dekabr 2012-ci ildə verilmişdir, lakin tamamilə yalan olduğu sübuta yetirilmişdir.
Qiyaməttəpə yaşayış yeri
Qiyaməttəpə yaşayış yeri — Qazax konserv zavodunun yanında yerləşir. Eneolit dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
Qobustan qiyamı (1999)
Qobustan qiyamı — 7 yanvar 1999-cu ildə Qaradağ rayonunun Qobustan qəsəbəsindəki həbsxanada aralarında general da olmaqla bir qrup məhkumun qaldırdığı qiyam. == Haqqında == 1999-cu ilin yanvarında Qobustan həbsxanasında 11 məhbus, əsasən dövlət çevrilişinə cəhddə təqsirli bilinən keçmiş hərbçilər qiyam qaldırır. Onların ikisi silah ələ keçirmək istəyəndə öldürülür. Dustaqlar 28 girov və silah götürə bilir. Qiyamçı dustaqlar ölkədən çıxmaq üçün onlara nəqliyyat verilməsini tələb edir. Həmin vaxt hüquq-mühafizə orqanları həbsxanada xüsusi əməliyyat keçirdir. Girovlardan biri və 9 məhbus öldürülür. Qiyam zamanı öldürülənlərdən biri də 1993-cü ilin avqustunda Azərbaycan Respublikasının müdafiə naziri olmuş Vahid Musayev olmuşdur. Qiyam zamanı Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirərkən həbsxanada baş verən hadisə zamanı Mixail Aleksandroviç Slesaryov dərhal əməliyyat qrupu yaradaraq, qiyamı yatırmağa müvəffəq olur. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Mixail Slesaryova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir.
Tunisdə çörək qiyamları
Tunisdə çörək qiyamları — 1980-ci illərdə Tunisdə baş vermiş qiyamlar. İlk hadisə Kebili qubernatorluğunun, Duz rayonunun mərkəzi Duz şəhərində baş verdi. Qərb mətbuatında dərhal çörək qiyamları adlandırılan hadisələr üç planda səciyyələnə bilər: . Birinci -beynəlxalq. Bu mənada Tunis qiyamları tipoloji olaraq Misirdə 1977-ci il yanvar partlayışından, Tunis qiyamlarının qurtarmasından dərhal sonra Mərakeşdə 1984-cü ildə başlayan gərginliyə qədər Şimali Afrika ölkələrində baş verən bütün qiyamlara oxşayır. İkinci ümummilli miqyasda. Hər yerdə olduğu kimi, qiyamların bilavasitə bəhanəsi, qarşısında öhdəlik götürmüş hökumətlərin Beynəlxalq Valyuta Fondunun tövsiyələri ilə , bu fondun gələcəkdə də yardımını almaq üçün qoyduğu şərtləri yerinə yetirməsi oldu — istehlak mallarına dövlət subsidiyalarının ləğvi ya da ixtisarı. 1983-cü ilin sonu — 1984-cü ilin əvvəlindəki hadisələr, ümumilli planda götürülərək, Tunisdə 70-ci illərin ikinci yarısından — 80-ci illərin birinci yarısına qədər, baş verən qiyamlardan dördüncüsü idi. 1) Birincisi dinçilərin 1977-ci ildə, Susda təşkil etdiyi etirazlar: 2) İkincisi 26yanvar 1978-ci il ümumilli tətili; 3) 26 – 27 yanvar 1980-ci il Qafsdaki silahlı qiyamı. Bir neçə kəlmə də qiyamları regional səciyəsi barədə.
Yuxarı Qiyaməddinli
Yuxarı Qiyaməddinli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qiyaməddinli kəndi Arazbarı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Qiyaməddinli kənd inzibati ərazi vahidi yaradılmışdır. Kənd sakini, rabitə işçisi Məhəmməd Qasımovun təşəbbüsü ilə 1990-cı ildə "Yuxarı Qiyaməddinli" adlandırılan bu kəndin indiki adı 29 may 2015-ci ildə Milli Məclisin qərarı ilə təsdiq olundu. Həmçinin, 1990-cı ilə qədər bu kəndə Arazbar Qiyaməddinlisi (Arazbar sovetliyinin Qiyaməddinli kəndi), rayon ərazisindəki aşağı Qiyaməddinliyə isə Gələbədin Qiyaməddinlisi deyilirdi. Kənd rayon mərkəzindən 41 km aralı, Ağcabədinin Arazbar, Mirzəhaqverdili və Ağdam rayonunun 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalda olan Yusifcanlı kəndinin əhatəsindədir. Kəndin ərazisi 2500 hektar, əhalisi isə 3540 nəfərdir. 1 yanvar 2020-ci ilin məlumatına əsasən kənddə 561 ev və 857 fərdi təsərrüfat vardır. == Toponimikası == Kəndin adı heyvandarlıqla məşğul olan Qiyaməddinli tayfasından gəlir, "yuxarı" prefiksi eyni bölgədəki eyni adlı kənddən fərqlənməsi üçün ada əlavə olunur. == Tarixi == ==== Əfşarlardan Sovet hakimiyyətinə qədər ==== Qiyaməddinli camaatı Nadir şahın köçürmə siyasəti ilə əlaqədar öncə Qarabağdan Cənubi Azərbaycana köçürülən elat tayfalarından biri olmuşlar. Çünki, 1823-cü il "Qarabağ əyalətinin qeydiyyatı" kitabında xan nəslindən olan əyanlar, bəylər içərisində İbrahimxəlil xanın sarayında xidmət edən poruçik Səfəralı bəyin və mülk sahibi kimi Hümbətalı bəylərin adları qeyd edilir.
Zeynalabidin Qiyami
Zеynalabidin Qiyami (1891, Əhər, Şərqi Azərbaycan ostanı – Bakı) — Azərbaycan Demokrat Firqəsinin fəalı, Azərbaycan Milli hökumətinin Ali məhkəməsinin sədri. == Həyatı == Zеynalabidin Qiyami Salari Zəfər Qaracadaği kimi tanınırdı. O, 1891-ci ildə Qaradağda - torpaq sahibkarı ailəsində doğulub. İran Xarici İşlər Nazirliyinin məsul işçisi olub. 1919-cu ildə Təbrizdə dеmokratik hərəkatın iştirakçısı idi. Dеmokratik hərəkatda iştirakına görə Xarici İşlər Nazirliyində tutduğu vəzifədən azad еdilmişdi. Sеyid Ziyanın qəti əlеyhdarı idi. Sеyid Ziya onun cismani məhv еdilməsi barədə öz adamlarına tapşırıq vеrmişdi. Əhali arasında böyük hörməti var idi.

Digər lüğətlərdə