Məmməd Orucov (qoboyçalan)
Məmməd Məmməd oğlu Orucov (rus. Оруджев Мамед Мамедович; 20 may 1920, Bakı – 9 iyul 1994, Moskva) — SSRİ, Rusiya və Azərbaycan qoboyçalanı və musiqi pedaqoqu, professor (1981). Rusiya Federasiyasının əməkdar incəsənət xadimi (1993), RSFSR əməkdar artisti (1976) Azərbaycan SSR əməkdar artisti (1958).
== Həyatı ==
Məmməd Orucov 20 may 1920-ci ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. Musiqi təhsilini Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun rəhbərliyi altında tar ifaçısı kimi başlayıb. Daha sonra xüsusi fortepiano sinfinə "xüsusi istedadlı uşaqlar qrupu"na keçirilib.
1938–1940-cı illərdə Bakı konservatoriyasında V. A. Knyazkovun sinfində qoboy ifaçılığı üzrə təhsil alıb. Təhsil aldığı müddətdə ilk adlı təqaüdçülər arasında olub. 1940-cı ilin oktyabrında sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. 1946-cı ilin iyul ayında hərbi xidmətini başa vurub.