QOVLUQ

is. İçərisinə kağız, kitab və s. qoymaq üçün qalın cildli məhfəzə; papka. Kağız qovluğu.
– Mədəd iş qovluqlarından birisini açaraq nəzərdən … keçirdi və qapayıb kənara qoydu. Ə.Vəliyev.
Kapitan seyfi açıb oradan bir qovluq çıxartdı. Ə.Əbülhəsən.

// İçinə şey qoyulmaq üçün kağızdan hazırlanan qab. Satıcı düyünü qovluğa töküb mənə verdi.
// İçərisində sap, iynə, oymaq və s. tikiş ləvazimatı saxlamaq üçün parçadan tikilmiş düyünçə. Qovluqdan iynə-sap çıxartdı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOVLUQ QOVLUQ O [Müstəntiq] əsəbanə hərəkətlə döndü və qovluqdan bir kağız çıxarıb Xosrovun qabağına itələdi (M
QOVLANMAQ
QOVM
OBASTAN VİKİ
Qovluq
Qovluq termini (ing. folder) fayl sistemi obyektlərini qrafik istifadəçi interfeysində, office qovluqlarına bənzər təsvir etmək üçün tətbiq edilmişdir. İlk olaraq Mac OS-da istifadə edilib və Microsoft Windows sistemləri ailəsində Windows 95 ilə tətbiq olunmağa başlayıb. Bu gün bir çox əməliyyat sistemlərində istifadə olunur. Bu təsvirə əsasən, başqa bir qovluqda yerləşən qovluq, altqovluq və ya daxili qovluq adlanır. Kompüterdəki bütün qovluqlar birlikdə iyerarxik bir struktur əmələ gətirir ki, buna kataloqlar ağacı deyilir.

Digər lüğətlərdə