1. Müəyyən iy vermək.
Bu yerlərdə müşkü ənbər qoxuyur; Nazlı dilbər gəzən yerdir bu yerlər.
Səhərlər Muğan çöllərinin nəfəsi ətir qoxuyur.
2. Pis iy vermək, üfunətlənmək, iylənmək, çürümək. Havalar istiləşdikcə fabrikin havası xarablaşır, çirkab suları küçələrə çıxır, qoxuyur.
Bu rütubət və üfunət qoxusu oradan gəlirdi.
3. məc. Bir şeyin əlamətini, işarəsini, nişanəsini göstərmək mənasında.
Sərin bir iyun axşamı idi, lakin bu sərinlik yaz qoxumurdu.