QU

is.
1. Ördək fəsiləsinə mənsub ağ (nadir hallarda qara) yumşaq tüklü, uzun boyunlu, gözəl iri su quşu; sona. Qara qu.
– Qeyr ilə yarım gedir, gərdən çəkib bir qu kimi; Qalmışam viranələr küncündə mən bayqu kimi. S.Ə.Şirvani.

2. Qu tükündən hazırlanmış. Qu balış.
– Nuşu iki qu balışı, sabun köpüyü kimi şişirdib, çarpayının ortasına qoydu. Ə.Əbülhəsən.
Yasavulbaşının altındakı döşək, dirsəkləndiyi balış … zərif qu tükündən idisə də, o yenə dincələ bilmirdi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QU sona (quş)

Etimologiya

  • QU Bu quş adıdır, bəzən “sona” da deyirlər. Rusca лебед adlanır. Bir də quğu quşu var, rusca кукушка (müftəxordur, özünə yuva tikmir, yumurtasını başqa y
QRUPLAŞMAQ
QU QUŞU

Digər lüğətlərdə