QULAC

Qolları açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər hər iki tərəfə olan məsafə (xalq arasında uzunluq ölçüsü kimi işlənir).

Dedim: qulac nədi? – Dedi: qolumdu.

Dedim: uzaq nədi? – Dedi: yolumdu.

Dedim: Əmrah kimdi? – Dedi: qulumdu.

Dedim: gəlsən gedək! – Söylədi: yox-yox.

                                                                (“Əmrah”)

                                  *

Çox dolandım, oda yandım

Şamlara pərvanə kimi.

Saçı qulac, qaşı qıyqac,

Dişləri dürdanə kimi.

                  (“Heydər bəy”)

QUĞI
QULAC
OBASTAN VİKİ
Qulac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Qulacahisarın alınması
Qulacahisarın alınması və ya Qulacahisar hücumu; 1285-ci ildə Osman bəyin komandanlığı altında olan türk qoşunları ilə Bizans imperiyası arasında baş vermiş olan müharibədir. I Osman İnəgöldən bir neçə fərsəx uzaqda yerləşən və Əmirdağın ətəyində olan bu qalanı Ermənibeli müharibəsində qardaşı Savcı bəyin oğlu olan Bayhocanın öldürülməsindən sonra ələ keçirmişdi. 300 nəfərlik hərbi qüvvə ilə gecə basqını nəticəsində qala türklərin əlinə keçmişdir. Bu, Osmanlı imperiyasının tarixində ilk qala alınmasıdır. Xristian xalq Osman bəyin sultanlığını qəbul etdiyi üçün oradakı insanlara zərər vurulmamışdır. Osman bəy qalanı yerlə-yeksan etmiş olsa da, camaatın canını bağışlamış və onları əsir götürmüşdür.

Digər lüğətlərdə