Qolları açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər hər iki tərəfə olan məsafə (xalq arasında saylarla birlikdə uzunluq ölçüsü kimi işlənir). (“Koroğlu” dastanının lüğəti)
Qulac qollarımı gərrəm,
Meydanda hünər göstərrəm,
Cəmdəyini yerə sərrəm,
Dəmirçioğlu mənəm, mənəm!
(“Koroğlunun Ərzurum səfəri”)
*
İnsafdırmı Dəmirçioğlu tutula?
Qulac qollar dal gərdəndə çatıla,
Qul deyibən ol Misirdə satıla?
Koroğlu dəlisi saıl, Eyvaz xan!
(“El aşıqları”)
*
Ac qurd kimi dərələrdə pusubdu,
Qulac qolun dal gərdəndə bükübdü,
Ağanı da qolu bağlı tutubdu,
Yeri, İsabalım, durma bu yerdə!
(“Koroğlunun Bayazid səfəri”) (“Bəşir Əsəd oğlu”)