QURĞUŞUN

is.
1. Göyə çalar bozumtul rəngli çox ağır yumşaq metal. Ərgin qurğuşun. Mətbəə hərfləri qurğuşundan tökülür.
– Ayrı-ayrı kimyəvi elementlərdən alüminium, sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay.

□ Qurğuşun rəngi – tutqun.
Qurğuşun rənginə çalan buludlar şəhər üzərindən ağır-ağır gəlib ötdükcə, elə bil dənizlə göy qovuşurdu. M.Hüseyn.

// Qurğuşundan qayrılmış. Qurğuşun güllə. Qurğuşun boru.
2. Tüfəng və tapança gülləsi.
3. məc. Çox ağırlıq mənasında.
[Hacı Qara:] …Qədək, şilə verənin əli qurğuşun imiş, üç aydır … beş top satmışam. M.F.Axundzadə.
Axı niyə Zərintac xanım öz ərinin başına belə bir qurğuşun qapaz salmaqla bu qədər ağ eləsin?! S.Rəhimov.
[Qaraca çobanın] başı qurğuşun kimi ağırlaşmış, qulaqları uğuldayır, bədəni uçunurdu. M.Rzaquluzadə.

QURĞU₁
QURĞUŞUNLAMA
OBASTAN VİKİ
Qurğuşun
Qurğuşun (Pb) (lat. Plumbum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 82-ci element. Adətən bitkilərdə qurğuşunun miqdarı az olur: külün çəkisinin təxminən 1–2 mində bir faizi qədər. Qurğuşunun miqdarının son həddi müəyyənləşdirilməmişdir. Bitki məhsulları heyvan məhsullarına nəzərən daha çox qurğuşuna malik olurlar. Səbəbi yay yarpaq tökülməsi və havada qurğuşunun yüksək miqdarda olmasıdır. Amma, qurğuşunu toplayaraq bitkilər havanı təmizləyirlər. Qurğuşunun miqdarı çox olduqda yonca və yulafın böyüməsi ləngiyir. Çəkisi 70 kq olan yaşlı adamın orqanizmində 120 mq qurğuşun olur. Insan sutkada orta hesabla 26–42 mkq qurğuşun qəbul edir.
Qurğuşun(II) sulfid
Qurğuşun(II) sulfid PbS formullu mürəkkəb qeyri-üzvi maddədir.O, elektron qurğularda az istifadə olunur.PbS həmçinin qalenit də adlanır. Qurğuşun ionlarını həll etmək üçün sulfid duzları və ya hidrogen-sulfid alavə olunur.

Digər lüğətlərdə