QURDALANMAQ

f.
1. Öz yerindəcə tərpəşmək, nə isə bir şeylə əlləşmək, məşğul olmaq, yüngülcə işləmək; sakit oturmamaq.
Binanın o biri başında, üst mərtəbənin balaca eyvanında Salman qurdalanırdı. S.Rəhimov.
Yunis yaxınlaşanda ağac altında boz köynəkli, yaxası açıq bir kişinin qurdalandığını gör(dü). Mir Cəlal.
Əsəd həyətdəki tərəvəzlikdə qurdalanırdı. S.Rəhman.

2. məch. Təzələnmək, təzədən yada salınmaq.
Bu xatirənin qurdalanmağından nə fayda? Ə.Əbülhəsən.

QURDALANMA
QURDALAŞMA

Digər lüğətlərdə