QƏMZƏ

is. [ ər. ] Naz, şivə, süzgün baxış, şivəli baxış.
Əqlü huşum mənim, fikrü xəyalım; Şux gözdə, qəmzədə bəstədir, ay qız! M.P.Vaqif.
Gələndə mürğdilim ğəm gölündə pərvazə; Xədəngi-qəmzə ilə həm şikar edən sən idin. X.Natəvan.
Qəmzəsi can alan, gərdişi əla; Doğrudan gözəldir, göyçəkdir Leyla. Ə.Cavad.

□ Qəmzə satmaq – naz etmək.
Şəbnəmli çiçəklər səhər çağları; Yaqut gözlərilə qəmzə satırdı. R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏMZƏ naz — şivə — işvə
  • QƏMZƏ qəmzə bax naz
QƏMSİZLİK
QƏMZƏDƏ
OBASTAN VİKİ
Qəmzə
Qəmzə — bəzi insanların gülümsədikləri zaman yanaqlarında altdakı ət səbəbiylə çıxan dəridə görünən çuxurlar. Ölü hüceyrələr səbəbindən yanaqda çökmə meydana gəlir. Ümumən, qəmzələr cəmiyyətlərdə cəlbedici görünür. Körpələr tez-tez qəmzəlidirlər, daha sonra əzələlərin yaşın irəlləməsi ilə birlikdə uzanmasıyla çox vaxt yox olur və ya naməlum olurlar. Nəticə etibarıyla, yetkinlərə görə, qəmzələr ümumən xoşluq və məsumiyyət simgələridir. Qəmzə irsi xarakter daşıyır və basqın genlərlə daşınır. Eyni zamanda qız adıdır.

Digər lüğətlərdə