QƏSDƏN

zərf [ ər. ] Bilərək, bilə-bilə, müəyyən məqsədlə. Qəsdən bu sözü söylədi. Mən qəsdən belə dedim.
– Qəsdən unudurdu dərsin ol zar; Leyliyə deyirdi: ey vəfadar! Füzuli.
[Əsgər:] Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. Ü.Hacıbəyov.
Ceyran oturub oğlu ilə əylənməyə, gülməyə başlayır.
Qəsdən özünü nəşəli göstərir. S.Hüseyn.
O, yelqanadlı atını qəsdən çapmırdı ki, ovu atasının gözü önündə ovlasın. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏSDƏN QƏSDƏN ..Pəri xala qəsdən ora-bura baxırdı ki, fikri bir az yayınsın.. (M.İbrahimov); BƏRQƏSD [Qarpızı] kəsirsən qıpqırmızı
  • QƏSDƏN bilərək
QƏSDÇİLİK
QƏSDSİZ

Digər lüğətlərdə