QƏŞŞ

is. [ ər. ] Özündən getmə, ürəyi getmə, bayılma, bayğınlıq.
Mən qorxudan bihuş olub yıxıldım; Qəşş aləmində bir tamaşa qıldım. A.Səhhət.

□ Qəşş etmək (eləmək)1) özündən getmək, ürəyi keçmək, bayılmaq. …Ölünün başı dikəldi.
Bunu gördükdə Molla Qasım qışqırıb qəşş etdi. S.S.Axundov.
Xan … Zamanın birçəklərindən yapışıb ayağının altına saldı. Nökər yerə düşüb qəşş etdi. Çəmənzəminli;
2) həddindən artıq istəmək, bir şeyin arzusunda, həsrətində olmaq.
Qəşş olmaq – son dərəcə ruhlanmaq, canlanmaq, ləzzət aparmaq.
Nə müqəddəs havası var … hər an; Nəfəs aldıqda qəşş olur insan. H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏŞŞ bayğınlıq
  • QƏŞŞ QƏŞŞ (bayılma) Mən qorxudan bihuş olub yıxıldım; Qəşş aləmində bir tamaşa qıldım (A.Səhhət); BAYĞINLIQ Ayna onu sarmış ani bir bayğınlıqdan ayılaraq,

Antonimlər (əks mənalı sözlər)

  • QƏŞŞ QƏŞŞ – AYILMA Mən qorxudan bihuş olub yıxıldım; Qəşş aləmində bir tamaşa qıldım (A.Səhhət); Həkim xəstənin ayılmasını gözlədi (M

Etimologiya

  • QƏŞŞ Ərəb mənşəlidir, “özündəngetmə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QƏŞƏNGLİK
QƏT

Digər lüğətlərdə