FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı sürətli şahmat üzrə komandalar arasında keçirilən beynəlxalq yarışdır. Çempionat Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən WR Logistics GmbH ilə dəstəyi ilə 26-28 avqust 2023-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilib.
== Ümumi məlumat ==
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı İsveçrə yarış sistemi üzrə keçirilib və 12 turdan ibarət olub. Turnirin qaydalarına görə, hər komandada ən azı bir qadın oyunçu olmalı idi. Eyni zamanda, hər komandanın ən az bir oyunçusu (yarışda qeydiyyat tarixi etibarilə) FİDE standart, rapid və ya blitz reytinqlərində heç vaxt 2000 Elo xalı əldə etməmiş olmalı idi. Bununla, çempionatda inklüzivlik, müxtəliflik və ədalətli təmsilçilik təmin edilib .
== İştirakçılar ==
Çempionatın iştirakçıları arasında Vişvanatan Anand, Vladimir Kramnik, Hou Yifan, Mariya Muzyçuk və Aleksandra Kosteniuk kimi keçmiş dünya çempionları ilə yanaşı, dünya çempionatı gümüş medalçıları, Dünya Kuboku qalibləri, sürətli və blitz şahmat üzrə keçmiş dünya çempionları da yer alıblar.
Ümumilikdə, dünyanın dörd bir yanından olan təqribən 300 iştirakçı, o cümlədən 15-dən çox Olimpiya çempionu yarışmaq üçün 36 komanda formalaşdırıblar.
== Favoritlər və seçilənlər ==
Hələ yarışdan əvvəl, heyətin təcrübəsi və orta komanda reytinqini nəzərə alaraq, FİDE aşağıdakı komandaları ən güclü və açıq favoritlər kimi göstərmişdi.
Freedom (Rixard Rapport, Vişvanatan Anand, Daniil Dubov, Santoş Qucrathi Vidit, Evgeni Najer, Polina Şuvalova, Aleksandr Şapiro) ;
WR Chess (Yan Nepomnyaşşiy, Yan-Krjiştof Duda, Uesli So, Nodirbek Abdusattorov, Vinsent Keymer, R. Praqnanandha, Hou İfan, Aleksandra Kostenyuk, Vadim Rozenştayn);
Kompetenzakademie Allstars ( Fabiano Karuana, Levon Aronyan, D.Qukeş, Sebastyan Zibrext, Nino Batsiaşvili, Keti Çaçalaşvili, Rayner Beker, Manfred Şnayder);
Chess Pensioners (Vladimir Kramnik, Pyotr Svidler, Lener Dominqes, Darmen Sadvakasov, Yovanka Huska, Kristof Barati, Dennis Köniq, Miron Ananiev, Yaroslav Ananiev).