[ fr. ]
1. Dövlət quruluşu, idarə üsulu. Çar rejimi. Xalq demokratik rejimi.
2. Yaşamaq, işləmək, istirahət etmək, yemək-içmək, yatmaq və s. üçün dəqiq müəyyən olunmuş qayda, üsul; nizam. Gündəlik rejim. Düşərgənin rejimi. Yemək rejimi.
3. Bu və ya digər məqsədlə müəyyən edilmiş qaydalar, tədbirlər sistemi. Zavodda təhlükəsizlik rejimi.
// Bir şeyin iş, fəaliyyət və s. şəraiti. Maşının iş rejimi. İstilik rejimi.