Aulacopone relicta
Aulacopone relicta — Kiçik ölçüyü Qarışqa olaraq Aulacopone cinsinə aid növ. Azərbaycanın endemik canlısı.
== Yayılması ==
Bu qarışqa Azərbaycanda aşkarlanmışdır. İki tapıntı Arnold Konstantin Vladimiroviç tərəfindən aşkarlanmışdır. Birinci tapıntı 1929-ci ildə Talış dağlarının ətəklərində Lənkərandan 40 km cənub-qərbdə Ələzəpin kəndi yaxınlığında meşədə (38° 45'N., 48° 50'E.) aşkarlanmışdır. İkinci tapıntı isə Azərbaycanın şimalında Ququlyabənd dağında, Alekseevka kəndi yaxınlığında (41° 22 N, 48° 34 E) aşkarlanır.
== Məlumat ==
Bədənin uzunluğu 4,25 mm; başın uzunlugğu 1,08 mm; başın eni 1,02 mm; skapusun uzunluğu 0,59 mm; gözün maksimal diametri 0.24 mm; mezosomların uzunluğu 1,36 mm; skutumun eni 0,82 mm; petiolyusun eni 0,52 mm; petiolyusun hündürlüyü 0,58 mm; Postpetiolyusun eni 0,96 mm təşkil edir. Gözləri kiçikdir, üzəri tükcüklərlə örtülüdür. Növ ilk dəfə 1930-cu ildə sovet Mirmekoloqu Arnold Konstantin Vladimiroviç tərəfindən ətraflı araşdırılmış və onu qeydə almışdır. Bu növ qarışqa Lasius emarginatus qarışqa yuvasında palıd kötüyünün qabığında aşkarlanmışdır.