1. Geriyə dönmə, qayıtma, gəldiyi yerə tərəf hərəkət; əvvəlki yerə qayıtma; geri çəkilmə.
…Siyasi mübarizədə yeni qüvvələr toplamaq üçün müvəqqəti ricət ən ağıllı bir üsuldur.
[Qoca:] Assuriya, Midiya, Elam və iskitləri titrədən ordu parslar tərəfindən ricətə sövq edildi.
□ Ricət etmək – geriyə dönmək, qayıtmaq; geri çəkilmək.
Fədailər diliranə ricət etdi dübarə; Şahpərəstlər şikəs tapıb, üz qoydular fərarə.
2. Dini etiqadlara görə qiyamət günü dirilib təzədən məhşərə qayıtma.
Hər kəs ölənlərin ricətini, yəni dirilib bu dünyaya gəlməyini xahiş edir.
3. məc. Haşiyə çıxma, mətləbdən kənar çıxma.
Əsərdə ritorik təsvirlər, ricətlər və uzunçuluq yoxdur.